Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 10:44

İqtisadçı: 'Dünya nağd puldan imtina edir, bizdə isə...'


200 manat
200 manat

«Dünya nağdsız ödənişlərin əhatə dairəsini genişləndirir. Elektron pullara keçir, iri nominasiyalı pullar buraxılmasına son qoymaq istəyir, Azərbaycanda isə iri nominasiyalı əskinaslar dövriyyəyə buraxılır».

REAL Partiyasının üzvü, iqtisadçı Natiq Cəfərli bunu AzadlıqRadiosuna Azərbaycanda 200 manatlıq əskinasların dövriyyəyə buraxılmasını şərh edərkən bildirib.

N.Cəfərli vurğulayıb ki, bəzi inkişaf etmiş ölkələrdə ödənişlərin 96 faizi nağdsız həyata keçirilir: «Azərbaycanda isə bunun tam əksi baş verir...».

Ekspert deyib ki, böyük nominasiyalı pullar korrupsiyaya, qeyri-şəffaflığa yol açan elementlərdən biridir və Avropa Mərkəzi Bankı tədricən 500 avroluq əskinasları dövriyyədən yığışdırır.

N.Cəfərli vurğulayıb ki, 200 manatlıq əskinasların dövriyyə buraxılması hər hansı iqtisadi səbəblə yox, daha çox simvolika ilə bağlıdır: «Belə ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 ili, keçmiş prezident Heydər Əliyevin anadan olmasının 95 ili tamam olur».

N.Cəfərli deyib ki, bunda daha bir səbəb neftin qiymətinin bahalaşmasıdır.

Xatırlatma

Azərbaycanda yeni 200 manatlıq pul nişanının tədavülə buraxılması barədə qərar qəbul edilib.

Bunu mayın 23-də Mərkəzi Bankın (MB) sədri Elman Rüstəmov deyib. O, mərhum prezident Heydər Əliyevin 95 illik və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileylərinin əbədiləşdirilməsi məqsədilə hazırlanmış xatirə pul nişanlarının, yeni 200 manatlıq əskinasların təqdimat mərasimində çıxış edib.

MB-nin mətbuat xidmətinın məlumatına görə, E.Rüstəmov bildirib ki, 200 manatlıq pul əskinasların tədavülə buraxılması qərarı ölkə iqtisadiyyatının dinamik inkişafı, dövriyyədə olan nağd pulun strukturunda baş verən dəyişikliklər nəzərə alınaraq verilib. Onun fikrincə, eləcə də nağd pul sferasında səmərəliliyin yüksəldilməsinin təmin edilməsi məqsədi güdülüb.

XS
SM
MD
LG