Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:50

FIFA rəhbəri insan haqları pozuntularını ‘qulaqardına vurur’


İllüstrativ foto
İllüstrativ foto

Futbol üzrə qlobal qurumun rəhbəri iyunun 6-da irqçilik, insan haqları və təhlükəsizlik məsələləri sarıdan narahatlıqları qulaqardına vuraraq Rusiyanı tərifləyib, deyib ki, bu ölkə gələn həftə dünya çempionatına ev sahibliyi etməyə “100 faiz hazırdır”.

Yarışlar iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində yerləşən 12 stadionda baş tutacaq.

“Rusiya bu çempionatda dünyaya sübut etmək istəyir ki, açıq ölkədir, adamlar buraya gələ, futbol bayramı keçirə bilərlər”, – FIFA prezidenti Gianni Infantino deyib.

“UYĞUN ADDIMLAR ATMIŞIQ”

“Azarkeşlərə bu qədər qucaq açan ölkə görməmişəm, onlar azarkeş vəsiqəsi, pulsuz viza, pulsuz nəqliyyatla təmin olunurlar”, – o, sözlərinə əlavə edib.

Vladimir Putin (solda) və Gianni Infantino, 3 may, 2018-ci il
Vladimir Putin (solda) və Gianni Infantino, 3 may, 2018-ci il

Çempionat öncəsi Rusiyayla bağlı bir sıra məsələlər gündəmə gəlib – insan haqlarından tutmuş matçlar zamanı təhlükəsizlik, xuliqanlıq və irqçi insidentlərə qədər. Ancaq Infantino deyib ki, turnirin fokusu futboldur, “siyasət” deyil.

“Diskriminasiya, insan haqları, təhlükəsizlikdən narahat olduğumu deməyəcəyəm, amma bunlara çox ciddi yanaşırıq və uyğun addımlar atmışıq”, – Infantino vurğulayıb.

“İlk dəfə olaraq stadionların tikintisinə nəzarət etdik, fəhlələrin düzgün şəraitdə işləməsindən əmin olduq... İnsan haqları məsələləri üzrə konkret irəliləyiş əldə olunub”, – o söyləyib.

FIFA ötən ay Rusiyanı 30 min dollar cərimələyib, çünki martda yoldaşlıq görüşündə azarkeşlər fransalı oyunçuların ünvanına irqçi şüarlar səsləndirmişdilər.

Infantino xuliqanlığın problemə çevrilməyəcəyinə inanır və azarkeşlər üçün “təhlükəsiz mühit” yaradılacağını gözləyir.

“Hər şeyə zəmanət vermək çətindir, amma heç kəsə tövsiyə etməzdim ki, Rusiyaya problem yaratmaq niyyətilə getsin”, – o vurğulayıb.

XS
SM
MD
LG