Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 01:07

Assad deyir, İran, Hizballah ona Suriyada lazımdır


Dəməşqdə Bashar al-Assad-ın (sağda) və Hizballa lideri Hassan Nasrallah-ın şəkilləri olan plakat
Dəməşqdə Bashar al-Assad-ın (sağda) və Hizballa lideri Hassan Nasrallah-ın şəkilləri olan plakat

Suriya prezidenti Bashar al-Assad deyir ki, ona Suriyada İran və Hizballah qüvvələrinin yardımı lazımdır və gərəkdiyi müddətdə burada qalacaqlar.

İyunun 13-də İranın Al-Alam televiziyasına müsahibəsində Assad deyib ki, İranın Rusiya kimi Suriyada hər hansı hərbi bazası yoxdur. Ancaq onun sözlərinə görə, “İranın hərbi bazasına ehtiyac yaranarsa, tərəddüd etmədən” bunu təmin edəcəyik.

“İran da Rusiya kimi müttəfiq ölkədir”, – o deyib.

“DÖYÜŞ UZUN ÇƏKƏCƏK”

Assad bildirib ki, sünni üsyançılara qarşı yeddi ildir davam edən vətəndaş müharibəsində o, iranlı müşavirlərdən, İraqın şiə döyüşçülərindən və Hizballah-dakı livanlı döyüşçülərdən vacib dəstək alıb. Bu müharibədə yarım milyondan çox adam ölüb.

Bashar Assad
Bashar Assad

Suriya prezidentinin deməsinə görə, ölkənin üsyançıların əlində olan 40 faizədək ərazisi üzərində nəzarəti yenidən qazanmaqdan ötrü bu döyüşçülər hökumətə lazımdır.

“Hizballah bu müharibədə əsas elementdir. Döyüş uzun çəkəcək və bu hərbi qüvvələrə hələ uzun müddət ehtiyac qalacaq”, – Assad vurğulayıb.

Onun deməsinə görə, müttəfiq döyüşçülərini ölkəyə o dəvət edib və Birləşmiş Ştatlar və İsrailin tələb etdiyi kimi, heç vaxt onların getməsini istəməyəcək, hətta hər hansı sülh razılaşmasının tərkib hissəsi sayılsa belə.

İsrail Tehranı düşmən hesab edir, Suriyadakı İran qüvvələrinin çıxarılmasını tələb edir. Birləşmiş Ştatlar da bu il Suriyadakı İran döyüşçülərinə və obyektlərinə bir neçə dəfə zərbə endirib.

SÜLH VARİANTININ TƏRKİB HİSSƏSİ OLA BİLMƏZ

Assad Al-Alam-a deyib ki, Suriyanın İranla münasibəti “heç bir həll variantının tərkib hissəsi” ola bilməz. Onun sözlərinə görə, dost qüvvələri “terrorçuluğ”un kökü kəsilənədək Suriyada qalacaq. Assad adətən üsyançı opponentlərini “terrorçular” adlandırır. BMT və digər təşkilatlar isə buradakı heç də bütün qruplaşmaları terrorçu saymır.

“İranla Hizballah terrorçuluğun kökünün kəsildiyini görəndə bizə vətənlərinə qayıtmaq istədiklərini deyəcəklər”, – o deyib.

İran prezidenti Hassan Rohani da bu həftə fransalı həmkarı Emmanuel Macron ilə telefon söhbətində bu məsələyə toxunmuşdu. O deyirdi ki, bu ölkədə “terrorçuluğun kökləri” məhv edilincə İran əsgərləri Suriyadan çıxarıla bilər.

Bu o demək olar ki, Suriyada daha xarici qüvvələrə ehtiyac yoxdur”, – Rohani telefon söhbətində demişdi.

XS
SM
MD
LG