Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 19:09

2024-cü ildən sonra da Putininin prezidentliyini istəyənlər çoxluq təşkil edir


Sankt Peterburqda Putin suvenirləri satan köşk
Sankt Peterburqda Putin suvenirləri satan köşk

Yeni sorğunun nəticələrinə görə rusiyalıların yarıdan bir qədər çoxunun Vladimir Putinin 2024-cü ildə 6 illik prezidentlik müddəti bitəndən sonra da postunda qalmasını istədiyini göstərib.

İyunun 19-da müstəqil ictimai rəyi araşdrma mərkəzi – Levadanın elan etdiyi nəticələrə görə rusiyalıların yalnız 27 faizi Putinin hakimiyyətdə qalmasını istəyir.

Levada mərkəzinin direktoru Lev Gudkov deyib ki, respondentlər çox praqmatik cavablar veriblər, çünki Putinin “heç bir varisi yoxdur”.

Vedomosti qəzetinin verdiyi xəbərə görə Gudkov bildirib ki, “siyasi dəyişikliklər xofu adamları siyasətçilərə daha ehtiyatla yanaşmağöa vadar edir”.

Gudkov deyib ki, adamlar Putinə “status quo-nu saxlaya biləcək mühafizəkar lider kimi baxırlar”.

Levada bu rəy sorğusunu ötən may ayında, Vladimir Putin bir daha prezident seçiləndən iki ay sonra keçirib.

Hazırkı konstitusiya Putinin 2024-cü ildən sonra da prezident olmasını qadağan edir. Bu başqa məsələdir ki, konstitusiya dəyişdirilə bilər.

Levadanın ötən dekabrda, yəni seçkiyə 3 ay qalmış keçirdiyi rəy sorğusu Putinə olan dəstəyi 61 faiz olaraq göstərmişdi.

Putinin populyarlığı onun Ukraynanın Krım yarımadasını ilhaq etmək qərarından qaynaqlanır.

Gudkov bu populyarlığı “Krım səfərbərliyi” adlandırıb.

Populyarlığının yüksək olmasına baxmayaraq Putini bir sıra çox ciddi iqtisadi və demoqrafik problemlərin həlli gözləyir və müşahidəçilərin fikrincə Rusiya “durğunluq” dövrünə daxil olub.

XS
SM
MD
LG