Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:32

Baş nazirin xanımına qarşı fırıldaqçılıq ittihamı irəli sürülüb


Baş nazirlə arvadını korrupsiya işi ilə bağlı sorğu-suala çəkdilər
Gözlə

No media source currently available

0:00 0:00:53 0:00

Baş nazirlə arvadını korrupsiya işi ilə bağlı sorğu-suala çəkdilər

İsraildə baş nazir Benyamin Netanyahunun xanımına qarşı rəsmi ittiham irəli sürülüb.

Sara Netanyahu dövlət büdcəsi hesabına baş nazir iqamətgahına yemək sifariş verib gətirtməkdə suçlanır.

O, fırıldaqçılıqda, ictimai etibardan sui-istifadə etməkdə suçlanır.

İttihamnamədə deyilir ki, iqamətgahda aşpaz olmasına baxmayaraq baş nazirin arvadı mütəmadi olaraq restoranlardan yemək sifariş verib.

Bütün bu sifarişlərin ümumi dəyəri təxminən 100 min dollar təşkil edib və həmin pul dövlət büdcəsindən ödənib.

İttihamda deyilir ki, bu hallar 2010-2013-cü illərdə baş verib.

Yeməklər Yürusəlimdəki bahalı restoranlardan sifariş edilib.

İsrailin "Haaretz" qəzeti yazır ki, eyni ittiham baş nazir iqamətgahının sabiq baş direktor müavini Ezra Saidoff-a qarşı da irəli sürülüb.

Benjamin Netanyahu xanımı Sara ilə.
Benjamin Netanyahu xanımı Sara ilə.

İttihamda deyilir ki, Sara Netanyahu iqamətgahda aşpaz olması faktını gizlətmək üçün onu təmizlikçi kimi sənədləşdirib. İqamətgahın təsərrüfat işlərinə baxan Meni Naftali-yə tapşırıb ki, bu işi ört-basdır etsin.

Bunu etməkdə məqsəd o olub ki, yoxlanılarsa, iqamətgaha niyə yemək sifariş edildiyi sual doğurmasın.

Baş nazirin ailəsi bəyanatla çıxış edərək ittihamları rədd edib.

Bəyanatda deyilir ki, baş nazirin xanımının bu işdən xəbəri olmayıb. Yeməyi də Meni Naftali sifariş edib.

XS
SM
MD
LG