Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 21:02

Britaniya Avropa Birliyindəki azad ticarət zonasında qalmaq istəyir


Theresa May
Theresa May

Böyük Britaniya hökuməti Avropa Birliyindən çıxmaqla bağlı danışıqların əsas prinsiplərini təsdiqləyib.

Britaniya mətbuatının yazdığına görə, baş nazir Theresa May iyulun 6-da bu məsələ ilə bağlı kabinetin toplantısında “Kəskin Brekzit” tərəfdarlarının mövqeini yumşalda bilib.

İclasın sonunda qəbul edilən bəyanatda deyilir ki, Britaniya Avropa Birliyi ilə danışıqlarda ümumi qaydalarla azad ticarət zonasının saxlanmasına çalışacaq.

Theresa May xəbərdarlıq edib ki, bu razılaşmaya qarşı çıxan nazirlər işdən kənarlaşdırılacaq.

Avropa Birliyinin nümayəndəsi Mishel Barne Britaniya kabinetinin qərarını alqışlayıb və Londonu daha ətraflı plan təqdim etməyə çağırıb.

Buna da bax:"Theresa May Avropa Birliyində qalmaq təklifini rədd elədi".

Foto arxiv
Foto arxiv

​Xatırladaq ki, Böyük Britaniya sakinləri 2016-cı ilin iyununda keçirilən referendumda ölkənin Avropa Birliyindən çıxmasına səs verib.

Buna da bax. Şotlandiya yenə də Böyük Britaniyadan ayrılmaq istəyir.

XS
SM
MD
LG