Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:31

Erdogan bu gün and içir


Recep Tayyip Erdogan-ın İstanbulda Taksim meydanındakı seçki plakatı
Recep Tayyip Erdogan-ın İstanbulda Taksim meydanındakı seçki plakatı

Recep Tayyip Erdogan bu gün – iyulun 9-da prezident andı içəcək. O, 80 milyon əhalisi olan ölkə üçün “yeni era” vəd edir.

Erdogan 15 ildən çoxdur Türkiyə siyasətində dominant roldadır, əvvəlcə baş nazir, 2014-cü ildən isə prezident postundadır.

O, iyunun 24-də keçirilən səsvermədə səslərin 52,5 faizini toplayıb. 2017-ci il referendumunun nəticələrinə görə, hökumət parlament sistemindən prezident üsul-idarəsinə keçib.

***Buna da bax: ATƏT Türkiyə seçkilərini tənqid edir

Bu dəyişiklər Erdogana yeni səlahiyyətlər verir. Tənqidçilər yeni sistemin Türkiyəni “bir adamın rejimi”nə çevirəcəyini bildirir.

And içəndən sonra Erdogan həm dövlət, həm hökumət başçısı olacaq. Belə ki, baş nazir postu ləğv olunur, parlament isə səlahiyyətlərinin çoxundan məhrum edilir.

Prezidentin andiçmə mırasimi ilə Türkiyə yeni eraya qədəm qoyur”, – Erdogan iyulun 8-də deyib.

Onun sözlərinə görə, mərasimə dünyadan 22 prezident, 17 baş nazir, vitse-prezidentlər, parlament spikerləri qatılacaq.

***Buna da bax: Muharrem Ince seçkidə səhvlərini izah edir

Rusiyanın baş naziri Dmitry Medvedev-in mərasimə qatılacağı gözlənir.

Erdogan-ın hakim Ədalət və İnkişaf Partiyası (AKP) son seçkidə səslərin 42,5 faizini toplayıb və çoxluğu qazana bilməyib. Ancaq ifrat sağçı Millətçi Hərəkat Partiyası (MHP) ilə birlikdə 600 yerlik parlamentdə 344 yeri təmin edə bilib.

Erdogan beş il prezident olacaq, iki dəfə dalbadal bu posta seçilə, yəni, o, 2028-ci ilədək hakimiyyətdə qala bilər.

XS
SM
MD
LG