Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 16:50

Trump: NATO müttəfiqləri müdafiə xərclərini artırmağa razılaşdılar


Donald Trump mətbuat konfransında
Donald Trump mətbuat konfransında

ABŞ prezidenti Donald Trump deyir ki, onun tənqidlərindən sonra NATO-nun digər üzvləri müdafiə xərclərin artırmağa razılaşıblar.

Trump iyulun 12-də keçirilən fövqəladə iclasdan sonra danışıb. Onun sözlərinə görə, NATO-nun bir neçə üzvü ümumdaxili məhsulun 2 faizini müdafiəyə xərcləmək öhdəliyini tezliklə yerinə yetirməyə razılaşıblar.

Trump söyləyir ki, “nisbətən az il ərzində” NATO müttəfiqləri müdafiəyə əlavə olaraq 33 milyard dollar xərcləyəcəklər.

Onun deməsinə görə, fövqəladə toplantının nəticəsi olaraq, NATO “daha artıq birləşib, daha güclüdür, problem yoxdur”.

Almaniya kansleri Angela Merkel 12 iyul iclasına qatılan hər kəsin “NATO-ya aydın sədaqət” sərgilədiyini vurğulayıb.

Fransa prezidenti Emmanuel Macron bildirib ki, NATO liderləri dəyişən təhlükəsizlik şəraitini nəzərə alaraq daha artıq əməkdaşlıq etməyə razılaşıblar.

Emmanuel Macron mətbuat konfransında
Emmanuel Macron mətbuat konfransında

Bu arada Trump-ın NATO üzvləri müdafiə xərclərini artırmazsa, Birləşmiş Ştatların NATO-dan çıxacağına dair hədə səsləndirməsi barədə məlumat yayılıb. Amma Litva prezidenti Dalia Grybauskaite bu məlumatları təkzib edib.

Trump fövqəladə iclasdan sonra deyib ki, ABŞ qanunvericiliyinin təsdiqi olmadan ölkəni NATO-dan “yəqin ki, çıxara bilər”, amma indi belə bir addım “gərəksizdir”, çünki alyans üzvləri müdafiə xərclərini artırmağı “əvvəllər etmədikləri bir şəkildə sürətləndiriblər”.

***

NATO-nun iyulun 12-də Brüsseldə keçirilən sammitində ABŞ prezidenti Donald Trump alyansı yenidən kəskin tənqid etməyə başlayıb. Vəziyyəti belə görən NATO liderləri alyans üzvü olmayan Ukrayna və Gürcüstan prezidentlərini zaldan çıxmağa çağırıb. Bundan sonra müttəfiqlərin öncədən planlaşdırılmayan görüşü başlanıb.

***Buna da bax: Gürcüstan NATO-ya ‘üzv olacaq’

AzadlıqRadiosu-nun Brüsseldəki müxbiri Qara dənizdə təhlükəsizliklə bağlı toplantıdan sonra belə bir görüşün keçirildiyini təsdiqləyib. Bundan sonra Əfqanıstana dair görüş nəzərdə tutulub.

“Reuters” adı çəkilməyən iki mənbəyə istinadla yazır ki, Trump bugünkü toplantıda NATO müttəfiqlərini müdafiə xərcləri, Avropanın ticarət praktikasıyla bağlı yenidən sərt tənqid etməyə başlayıb.

Məhz bundan sonra NATO liderləri alyansa üzvü olmayan Ukrayna və Gürcüstan prezidentlərinin zaldan çıxmasını istəyib, müttəfiq danışıqları başlanıb.

İyulun 12-də iclas gedən vaxt Trump tvitində yazıb ki, NATO ölkələri “ÜDM-nin 2%-ni 2025-ci ilədək deyil, DƏRHAL ödəməlidirlər”.

Trump iyulun 12-də başqa bir tvitində yazıb: “ABŞ Avropaya yardım olaraq on milyardlarla dollar ayırır və ticarətdə xeyli itki verir!”

ABŞ prezidenti daha öncə NATO üzvlərini 2014-cü ildə götürülmüş öhdəliyə əməl etməyə, 2024-cü ilin sonunadək ümumdaxili məhsulun 2 faizini müdafiəyə xərcləməyə çağırıb.

O, iyulun 11-də avropalı həmkarlarını lap karıxdırıb, deyib ki, hərbi xərcləri ikiqat artırmalı – ÜDM-nin 4 faizinə çatdırmalıdırlar.

NATO-nun statistikasına görə, bu, Birləşmiş Ştatların hazırda xərclədiyindən çoxdur.

XS
SM
MD
LG