Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 21:11

Google-un cərimələnməsi mobil sənayesində ‘yeni qapılar açacaq’


İllüstrativ foto
İllüstrativ foto

Avropa İttifaqı iyulun 18-də Google şirkətinə qarşı 5 milyard dollarlıq cərimə qərarı çıxardı. Şirkətin antimonopoliya qaydalarını pozduğu bildirilir. Təhlilçilərin “Reuters” agentliyinə deməsinə görə, bundan sonra Microsoft Corp (MSFT.O), Amazon.com Inc (AMZN.O) və Samsung Electronics Co (005930.KS) kimi mobil proqram şirkətləri daha çox rəqabət apara biləcəklər.

Aİ-nin qərarında deyilir ki, Alphabet Inc-ə (GOOGL.O) məxsus Google 2011-ci ildən bəri mobil biznesində dominantlığını qanunsuz olaraq gücləndirib, Android cihazları hazırlayanları məcbur edib ki, Google Search axtarış mühərrikini və Chrome brauzerini, Google Play apps mağazası ilə birlikdə ön cərgəyə qoysunlar, onlara yalnız Google Search mühərrikinin yerləşdirilməsi üçün ödəniş edib və Android-in modifikasiya olunmuş versiyalarından istifadələrini önləyib.

Qərarın məqsədi odur ki, Samsung, Lenovo Corp və digər mobil telefon istehsalçıları ancaq Google applikasiyaları ilə dolu cihazlar satmasınlar, Microsoft, Amazon-un oxşar tətbiqlərindən də istifadə edə bilsinlər.

Samsung Electronics-in Seuldakı sərgi mərkəzi
Samsung Electronics-in Seuldakı sərgi mərkəzi

OpenSignal şirkətinin təhlil üzrə vitse-prezidenti Ian Fogg-un deməsinə görə, smartfon satıcıları hətta digər proqram istehsalçılarının brauzerlərini və axtarış mühərriklərini pulla, ana proqram kimi Android smartfonlarına yerləşdirə bilərlər.

“GOOGLE DOMİNANTLIĞI SAXLAYACAQ”

Aİ-dəki mənbələrin deməsinə görə, Amazon-un Alexa, Microsoft-un Bing axtarış mühərriklərinin yerləşdiyi mobil telefonlar da Google Maps və ya YouTube kimi populyar google applikasiyalarını cihazlara öncədən yerləşdirməlidirlər.

Microsoft, Amazon, Samsung və Lenovo məsələni şərh etməyib.

Aİ bildirir ki, istifadəçilər yeni apps-ləri Google search, yaxud Google Chrome ilə əvəzləməyi istəyə bilər.

Di gəl, Android istehsalçılarından birinin rəsmisi adının çəkilməməsi şərtilə deyib ki, aparıcı smartfon istehsalçıları kiçik alternativlərin təbliğində maraqlı deyillər. Axı, daha kiçik şirkətlər Google ilə rəqabət apara bilməzlər.

Google yenə də telefon istehsalçılarına ödəniş edərək eksklüziv axtarış provayderi kimi qala bilər, çünki şirkət gəlirinin çoxunu bundan çıxarır. Aİ Google-un DuckDuckGo kimi kiçik oyunçuları sıxışdırması üzərinə hər hansı məhdudiyyət qoymayıb.

Google “sistematik olaraq, sənayedə dominantlığını saxlayacaq”, – Microsoft-un mobil strategiya komandasının keçmiş üzvü, hazırda Quantum Wave Capital investisiya şirkətinin baş tərəfdaşı Robert Marcus deyib.

XS
SM
MD
LG