Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 19:26

Azərbaycan lobbisi Britaniya deputatlarına xərclənən pullara görə ikincidir


Hesabatın titul səhifəsi
Hesabatın titul səhifəsi

Dünya ölkələrində korrupsiyanı araşdıran beynəlxalq Transparency International təşkilatının Britaniya filialı yeni hesabatını açıqlayıb.

“Kimin marağında?” (In Whose Interest?) adlı hesabatda üç ölkənin – Rusiya, Azərbaycan və Bəhreynin timsalında Britaniya siyasətinə təsir göstərmək və Britaniya millət vəkillərini ələ almaq məqsədilə lobbiçilik fəaliyyətlərindən bəhs edilir.

Hesabatda deyilir ki, sözü gedən ölkələrin lobbiçilik fəaliyyəti nəticəsində bir sıra Britaniya millət vəkilləri “ifadə azadlığını boğan, qanunun aliliyi prinsipinə hörmət qoymayan və rəhbərləri vəzifələrindən şəxsi sərvət toplamaq üçün sui-istifadə edən rejimlərə haqq qazandıran əməllərlə” məşğul olublar.

Hesabat müəllifləri Britaniya parlamentinin divarları arasında “korrupsiyalı və repressiv rejimlərin” lobbiçilik fəaliyyətlərinə münasibətdə mövcud laqeydlikdən narahat olduqlarını bildirirlər.

Onların fikirncə Azərbaycan lobbisi o qədər “bədnam” ad qazanıb ki, onun fəaliyyətinin görməməzliyə vurulması xüsusilə təəccüb doğurur.

Hesabatda deyilir ki, bu qədər geniş bəlli olan problemə məhəl qoyulmaması Britaniya demokratiyasının mötəbərliyini sarsıdır.

Hesabatın Azərbaycana dair faktlar bölümündə qeyd edilir ki, Azərbaycan lobbisi xərclənən pulların məbləğinə görə Britaniya parlamentində ikinci ən böyük lobbi sayılır və Avropa Azərbaycan Cəmiyyətinin (The European Azerbaijan Society -TEAS) başçılığı ilə həyata keçirilir.

Əsas faktlar olaraq aşağıdakılar göstərilir:

2007-2017-ci illər arasında 71 Britaniya millət vəkili və ya onların əməkdaşları Azərbaycana 111 səfər ediblər.

Bu səfərlərə, uçuş və otellərə 333 min funt sterlinqdən çox vəsait xərclənib.

Səfərlərin əksəriyyətinin (84 faizinin) xərci Azərbaycan hökuməti və ya rejimə bağlı təsisat və təşkilatlar tərəfindən çəkilib.

Bu səfərlərin 29 millət vəkilinə aid dörddə birinin (26 faizinin) qeyri-müəyyən məqsədləri olub və ya onlar Azərbaycan dövlət təsisatlarının “qonağı” qismində səfər ediblər.

İki millət vəkili Azərbaycanın dövlət təşkilatlarının pulu ilə beynəlxalq birlik tərəfindən boykot edilən seçkidə müşahidəçi kimi iştirak edib.

Bir millət vəkilinin firması Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin və jurnalistlərinin təqib olunduğu bir vaxtda rejim haqqında reklam xarakterli materiallar hazırlayıb.

XS
SM
MD
LG