Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 04:09

Kocharian-ın məhkəməsi bu gün davam edəcək


Robert Kocharian, 20 mart, 2008-ci il
Robert Kocharian, 20 mart, 2008-ci il

Apellyasiya şikayətinə baxılması bu gün – avqustun 10-da davam edəcək.

Kocharian-ın vəkili Ayk Alumyan AzadlıqRadiosu-nun əməkdaşına deyib ki, prosesin ertələnməsinin səbəbi tərəflərin arqumentlərini təqdim edə bilməməsidir.

***

Bu gün - avqustun 9-da Apellyasiya Məhkəməsi Ermənistanın keçmiş prezidenti Robert Kocharian-ın həbsindən verilmiş şikayətə baxır. Qapalı keçirilən iclasın bir neçə saat çəkəcəyi gözlənir.

AzadlıqRadiosu-nun erməni xidmətinin müxbiri xəbər verir ki, vəkilləri prosesin başlamasına 10 dəqiqə qalmış məhkəməyə gəliblər. Kocharian özü isə onlardan qabaq gəlib.

Məhkəmə iki vəsatətə baxır – keçmiş prezident barəsində birinci instansiya məhkəməsi qəraının ləğvinə və onun azadlığa buraxılmasına və ikincisi, onun zaminə buraxılmasına.

Parlamentin 40-dan artıq deputatı Kocharian-ın azadlığa buraxılmasına zamin dursa da, onlardan heç birinin məhkəməyə gəlmədiyi xəbər verilir.

***

Avqustun 8-də isə Ermənistanın Baş Prokurorluğu keçmiş prezident Robert Kocharian barəsində həbs qətimkan tədbirini dəyişdirməyib. Bu ərizə parlament deputatlarının zəmanətilə verilmişdi.

Məlumatı AzadlıqRadiosu-nun erməni xidməti yayıb.

Prokurorluq hesab edir ki, indiki mərhələdə ilkin istintaqın Kocharian-ı həbsdə saxlamaq üçün əsasları var.

Kocharian-ın vəkilləri məlumatı şərh etməyiblər, prokurorluğun qərarını əldə edəndən sonra bu barədə danışacaqlarını deyiblər.

Zəmanətlə parlamentin 45 deputatı çıxış edib. Onların əksəriyyəti Ermənistan Respublikaçı Partiyasının üzvləridir.

Robert Kocharian 2008-ci il prezident seçkisindən sonrakı etirazlar zamanı hakimiyyəti ələ keçirməkdə və konstitusion quruluşu devirmək cəhdində suçlanır.

XS
SM
MD
LG