Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 02:46

Ukrayna iqtisadiyyatına ən çox sərmayə qoyan... Rusiyadır


Kiyevdə Rusiya səfirliyi qarşısında etiraz aksiyası
Kiyevdə Rusiya səfirliyi qarşısında etiraz aksiyası

Bu ilin ilk yarımilinin nəticələrinə görə, Rusiya Ukrayna iqtisadiyyatına ən çox sərmayə qoymuş ölkədir. Rusiya buraya 436 milyon dollar sərmayə qoyub ki, bu da cəmi investisiyaların üçdə birinə bərabərdir. Bu haqda AzadlıqRadiosu-nun rus xidməti Ukraynanın Dövlət Statistika Xidmətinə istinadla yazır.

Rusiyadan sonra Kipr və Niderland gəlir. Bu ölkələrin hər biri Ukrayna iqtisadiyyatına 200 milyon dollardan çox sərmayə qoyub. Ukraynanın iri investorları arasında Avstriya, Polşa, Fransa və Böyük Britaniya da var.

Ölkə investisiyaların 60 faizə qədərini maliyyə sektoruna yönəldib. 10 faizi ticarətə xərclənib, sənaye və telekommunikasiya sahələrinin hərəsinə 8 faiz sərf olunub.

Petro Poroshenko Kiyevdə silah sərgisində
Petro Poroshenko Kiyevdə silah sərgisində

Bu statistikaya Rusiyanın ilhaq etdiyi Krım yarımadasına, eləcə də hazırda münaqişə gedən Donetsk və Luqansk vilayətləri daxil deyil.

Ukraynanın keçmiş prezidenti Viktor Yuschenko deyirdi ki, Rusiya 2014-cü ildən Ukraynanın əsas ticarət tərəfdaşıdır. Onun fikrincə, bu, Donbasda münaqişənin tənzimlənməsinə əsas əngəldir.

Avqustun 28-də Ukrayna prezidenti Petro Poroshenko ölkəsinin Rusiyayla dostluq, əməkdaşlıq və tərəfdaşlıq sazişini pozmağa hazır olduğunu bildirib.

Mayda Poroshenko Rusiyaya yeni sanksiyaları imzalayıb. Sanksiya siyahısına düşən rusiyalıların aktivləri bloklanır, onların Ukraynadan çıxarılması önlənir və bu şəxslərin ölkəyə girişinə qadağa qoyulur. Bu sanksiyalar Ukraynaya təcavüz, Krımın ilhaqına görə tətbiq olunub.

XS
SM
MD
LG