Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:35

Putinlə Paşinyanın Moskvada görüşü gözlənilir


Vladimir Putin (sağda) və Nikol Pashinian, 13 iyun, 2018-ci il
Vladimir Putin (sağda) və Nikol Pashinian, 13 iyun, 2018-ci il

Rusiyayla münasibətlərin Ermənistandan ötrü özəl yeri var, özəl məna daşıyır. Bunu Ermənistanın baş naziri Nikol Pashinian Rusiya Müdafiə Nazirliyinin “Zinuj” proqramına eksklüziv müsahibəsində deyib.

Baş nazir bu münasibətlərin daha effektiv olacağına ümidini bildirib.

“Münasibətlərimiz daha yüksək səviyyədə, daha strateji olmalıdır, tərəfdaşlıq və qardaşlıq gücləndirilməlidir”, – baş nazir deyib.

Müsahibə şənbə günü axşam efirə gedəcək. Baş nazirin mətbuat katibi Arman Yegoyan Facebook səhifəsində müsahibədən bir hissə yerləşdirib.

Sentyabrın 8-də Ermənistan və Rusiya liderləri Moskvada görüşməlidirlər.

Bu, Pashinian-ın mayda baş nazir seçiləndən Rusiya prezidenti Vladimir Putinlə üçüncü görüşü olacaq. Mayda Soçidə Avrasiya İqtisadi Birliyinin sammiti zamanı, iyunda isə Moskvada futbol üzrə dünya çempionatının açılışı çərçivəsində görüşüblər. Hər ikisi ayaqüstü keçdiyindən, sabahkı görüş tərəflərin ilk hərtərəfli sammiti sayıla bilər.

Robert Kocharian (sağda) və Mikael Harutiunian
Robert Kocharian (sağda) və Mikael Harutiunian

KEÇMİŞ NAZİR DAHA AXTARILMIR

Bu arada Rusiya Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutiunian barəsində axtarışı ləğv edib.

Azatutyun radiosunun Ermənistan polisindən əldə etdiyi məlumata görə, Rusiyanın hüquq-mühafizə orqanlarından belə bir bəyanat alıblar.

İyulun 3-də keçmiş nazirə 2008-ci ilin 1 mart hadisələri ilə əlaqədar konstitusion quruluşu devirmək ittihamı irəli sürülüb. Onun barəsində həbs qətimkan tədbiri seçilib, beynəlxalq axtarışa verilib.

İttiham irəli sürüləndən sonra Arutiunian-ın həyat yoldaşı “Aykakan jamanak” qəzetinə demişdi ki, əri Moskvada müalicə olunur. Görünür, bundan sonra Arutiunian Rusiya ərazisində azad yaşaya biləcək. MDB-nin digər ölkələrində isə onun barəsində axtarış qərarı ləğv olunmayıb.

Bundan öncə “Interfax” qəzeti öz mənbəyinə istinadla yazmışdı ki, Moskva keçmiş nazirin ekstradisiyasına dair Yerevandan rəsmi sorğu alıb. Agentliyə görə, Arutiunian-nın ekstradisiya olunmaması haqda qərar çıxarılıb, çünki onun 2002-ci ildə Rusiya pasportuna malik olduğu üzə çıxıb. Rusiya konstitusiyası ölkə vətəndaşlarının digər ölkələrə verilməsini qadağan edir.

2008-ci il hadisələri ilə əlaqədar keçmiş prezident Robert Kocharian-a da ittiham irəli sürülüb.

XS
SM
MD
LG