Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:06

25-ci maddədə nə var?


Donald Trump
Donald Trump

ABŞ prezidentinin impiçmenti barədə çoxları eşidib. ABŞ Konstitusiyası ölkənin ali vəzifəsini “xəyanət, rüşvət, digər ağır cinayət və nalayiq hərəkət”dən qorumağı nəzərdə tutur.

Ancaq prezidentin vəzifəsindən kənarlaşdırılmasının daha mürəkkəb yolu da var və o, indiyədək tətbiq olunmayıb. Bu, 25-ci maddədir.

1967-ci ildə qanun qüvvəsinə minmiş bu əlavə prezidentin vəzifədən getməsi halında vitse-prezidentin bu posta keçməsini nəzərdə tutur. Bu maddə prezidentin, məsələn, cərrahiyyə əməliyyatı zamanı vəzifəsindən müvəqqəti imtinası mexanizmini də tənzimləyir.

Bu maddə eyni zamanda prezidentin vəzifədən məcburən uzaqlaşdırılmasını, məsələn, o, öz vəzifə və borclarını yerinə yetirə bilmədikdə kənarlaşdırılmasını nəzərdə tutur.

25-Cİ MADDƏ NİYƏ YARADILDI

1780-ci illərdə Konstitusiyanı yazanlar prezidentin impiçment mexanizmini aydın göstəriblər. Əvvəlcə Nümayəndələr Palatasında impiçment prosesi başlanır, daha sonra Senat məsələni mühakimə edir, prezidenti məhkum edir, yaxud da bəraət verir.

ABŞ tarixində impiçment prezidentlərə qarşı iki dəfə tətbiq olunub. 1868-ci ildə Andrew Johnson və 1998-ci ildə Bill Clinton Nümayəndələr Palatasında impiç olunsa da, Senat onlara bəraət verib.

Bill Clinton
Bill Clinton

Dörd bənddən ibarət 25-ci maddə 1967-ci ildə konstitusiyaya əlavə olunub, onu 38 ştat ratifikasiya edib.

Tarixçilərin fikrincə, bu maddə orijinal konstitusiyada bir böyük qarışıqlığı tənzimləyib – prezident vəzifədən vaxtından qabaq gedirsə, onu kim əvəzləyir. 1960-cı illərin əvvəllərinədək elə vitse-prezident prezidentin birbaşa varisi sayılırdı, amma bu, qanuna salınmamışdı. Məsələn, vitse president Johnson 1865-ci ildə Abraham Lincoln güllələnəndə onun yerinə keçdi.

Maddənin ən vacib hissəsi dördüncü bənd sayıla bilər, çünki prezidentin məcburən vəzifədən uzaqlaşdırılmasını nəzərdə tutur.

Tutaq ki, prezident işinə davam etmək iqtidarında olduğunu deyir, amma vitse prezident və kabinetin əksər hissəsi onunla razılaşmır, məsələ Konqresə çıxarılır, Konqres üzvlərinin üçdə ikisi lehinə səs verərsə, prezidentə vəzifəyə dönməsinə icazə verilmir.

Bu maddə hər hansı səbəbdən prezidentin vəzifəsinin öhdəsindən gələ bilmədiyi üzə çıxarsa, ona qarşı qoruyucu tədbir kimi hazırlanıb, o, hətta müvəqqəti deyil, birdəfəlik vəzifədən kənarlaşdırıla bilər, Şimali Karolina Universitetinin Hüquq Məktəbinin konstitusiya hüququ üzrə professoru Michael Gerhardt belə deyir.

REAGAN MİSALI VƏ TRUMP

Məsələn, Reagan administrasiyası dövründə aparıcı rəsmilər onun zehni problemlərindən narahatlıq dilə gətirsələr də, bu, yalnız Reagan vəzifədən gedəndən sonra ortaya çıxıb.

Ronald Reagan (sağda) və NATO-nun baş katibi Lord Carrington, 1984-cü il
Ronald Reagan (sağda) və NATO-nun baş katibi Lord Carrington, 1984-cü il

Administrasiya rəhbəri Don Regan öz varisinə deyib ki, Reagan-ın “səfeh”, “diqqətsiz”, “tənbəl” olması sarıdan qorxu yaranıb, yəni, o zaman 25-ci maddə işə salına bilərdi.

Amma Reagan-ın rəsmi bioqrafı Edmund Morris onun sadəcə, “yaşlı yorğun adam” olduğunu söyləyib.

Hazırkı prezident Donald Trump-a qarşı 25-ci maddə işə salına bilərmi?

***Buna da bax: Trump qəzetdən tənqidçinin kimliyini tələb edir

Professor Gerhardt deyir ki, bu maddə prezidentin fiziki, yaxud sağlıq səbəblərindən işinin öhdəsindən gələ bilməməsini nəzərdə tutur.

Daha bir çətinlik, professorun fikrincə, “vəzifə və borclarını yerinə yetirə bilməmək” ifadəsinin nəyi nəzərdə tutmasının aydın olmamasıdır:

“İmpiçment məsələsi aydındır, ciddi pozuntu olmalıdır. Amma 25-ci maddə bacarıqsızlığı nəzərdə tutur, amma buraya nəyin daxil olduğunu bilmirik”.

XS
SM
MD
LG