Keçid linkləri

2024, 16 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 23:12

Azərbaycana gələn turist sayı...


Turist simvollarla selfi çəkir, Bakı Avropa Oyunları, 12 iyun 2015
Turist simvollarla selfi çəkir, Bakı Avropa Oyunları, 12 iyun 2015

2017-ci ildə Azərbaycana 2 milyon 454 min turist gəlib. Bu, 2016-cı ildəkindən 0,4 faiz çoxdur. Ümumdünya Turizm Təşkilatının 2017-ci il üzrə hesabatında belə yazılır.

Hesabata görə, Azərbaycanın ötən il turizmdən əldə etdiyi gəlirlər 3 milyard 12 milyon dollara çatıb. Turizm gəlirinin illik müqayisədə 0,6 faiz artdığı bildirilir. Azərbaycanın əlaqəli qurumlarının turizmlə bağlı bilgiləri ilə Ümumdünya Turizm Təşkilatının (ÜTT)rəqəmləri arasında uygunsuzluqlar var.

Statistika Komitəsinin bilgiləri…

Statistika Komitəsi, Bakı, 25 yanvar 2007
Statistika Komitəsi, Bakı, 25 yanvar 2007

​Dövlət Statistika Komitəsinin (DSK) bilgilərinə görə, 2017-ci ildı Azərbaycana dünyanın 187 ölkəsindən 2 milyon 696,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Onların sayının illik müqayisədə 19,9 faiz artdığı bildirilir.

DSK-dən qeyd edirlər ki, gələnlərin əksəriyyəti turizm məqsədilə səfər ediblər.

Gələnlərin 80 faizə yaxını Rusiya Federasiyası, Gürcüstan, İran və Türkiyənin payına düşür.

Azərbaycana gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 2017-ci ildə 3 milyard 100 milyon, 2016-cı ildə isə 2 milyard 700 milyon manat xərclədiyi bildirilir.

DSK-nın 2017-ci ildəki turizm gəlirlərinin məbləği barədə bilgiləri də ÜTT-nin hesabatındakı rəqəmlə üzt-üstə düşmür. Yerli ekspertlər bununla bağlı “Turan” agentliyinə bildiriblər ki, ortada bəzi yanlışlıqlar var.

Səyahət agentliklərinin turist sayı - 63 min…

DSK-nın bilgilərində səyahət agentlikləri və turoperat sektoru, onların qəbul etdikləri, göndərdikləri turistlərin statistikası ayrıca açıqlanır.

Həmin statistikaya görə, Azərbaycanda 2016-cı ildə 272 səyahət agentliyi, turoperator fəaliyyət göstərib. 2017-ci ildə onların sayının 339-a qədər artdığı qeyd edilir.

Turistlər
Turistlər

Buna da bax: Azərbaycana gələn turistlər hara gedir?

Turizm xidməti göstərən şirkətlərin sayı artsa da bu, özünü orada çalışanların sayında xüsusi ifadə etmir. 2016-cı ildə səyahət agentliyi, turoperatorda çalışanların sayı 1838 nəfər olub. 2017-ci ildə 70-ə yaxın yeni şirkət yaransa da bu sektorda çalışanların sayı 1891 nəfər təşkil edib.

Səyahət agentliyi, turoperator DSK-nın bilgilərinə görə, 2016-cı ildə 36 758,3 min, 2017-ci ildə isə 41 034,2 min manat gəlir götürüblər.

Səyahət agentliyi, turoperatorın qəbul edib, göndərdiyi turistlərin sayına gəlincə,DSK-nın bilgilərinə görə, 2016-cı ildə turistlərin ümumi sayı 53 min 999 nəfərolub. 2017-ci ildə isə onların sayının 63 min 423 nəfərə çatdığı bildirilir. Onların13 455 nəfəri qəbul edilib, 49 968-i isə göndərilib.

Dövlət Turizm Agentliyi: Tursitlər yeni sistemlə sayılacaq

“Hazırda biz yeni bir strategiya üzərində işləyirik ki, bununla da turistlərin dəqiq hesablanması sistemini tətbiq edəcəyik. Bunun üçün yerli və xarici mütəxəssislər cəlb edilib”.

Bunu Dövlət Turizm Agentliyindən turizm statistikası ilə bağlı “Turan” Agentliyinəbildiriblər.

Rəsmi qurumdan gələn turistlərin sayılmasından ötrü yeni bir sistem tətbiq etmək üzrə iş aparıldığını, işin yekun mərhələdə olduğunu bildiriblər.

XS
SM
MD
LG