Keçid linkləri

2024, 18 Oktyabr, Cümə, Bakı vaxtı 07:46

Kaspersky-nin şübhəli oğurluğuna görə 66 aylıq həbs


Kaspersky Lab-ın Moskvadakı ofisi
Kaspersky Lab-ın Moskvadakı ofisi

ABŞ-da kəşfiyyat işçisi həbsə məhkum edilib. Onun dövlət sirri sayılan materialı ev kompüterinə köçürdüyü və bu materialı da Kaspersky proqramı vasitəsilə Rusiya kəşfiyyatının əldə etdiyi iddia olunur.

68 yaşlı Nghia Hoang Pho 10 il Milli Təhlükəsizlik Agentliyində (NSA) çalışıb. Ona qarşı hökm sentyabrın 25-də çıxarılıb. Hələ dekabrda etiraf eləmişdi ki, gizli müdafiə informasiyasını bilərəkdən özündə saxlayıb.

İttihama görə, 2010-2015-ci illərdə o, evdəki kompüterinə yüksək səviyyədə gizli sayılan “böyük həcmdə” informasiya köçürüb və bu informasiya sonucda Rusiya kəşfiyyatının əlinə keçib.

Vyetnam mənşəli Pho-nun ev kompüterini populyar Kaspersky antivirus proqramı qoruyurmuş.

KASPERSKY-YƏ QADAĞANIN SƏBƏBİ

ABŞ hakimiyyəti inanır ki, Rusiya kəşfiyyatı onun kompüterinə bu proqram vasitəsilə daxil ola bilib.

Arxiv fotosu
Arxiv fotosu

Bu hadisə NSA tarixində ən qalmaqallı informasiya sızmalarından biri hesab olunur.

ABŞ hökumətinin ötən il hökumət kompüterlərində Kaspersky proqramından istifadəni qadağan etməsinin əsas səbəbi də bu insidentlə yozulur. Hökumət bu şirkətin Rusiya kəşfiyyatına şübhəli bağları olduğunu bildirib.

Amma Kaspersky Rusiya hökuməti və agentləri ilə hər hansı əlaqələri olmadığını deyir.

Kaspersky proqramı işə düşmək üçün kompüter sahibindən cihazın sistemlərinə çıxış icazəsi istəyir. Antivirus yoxlamasının nəticələri isə şirkətin Moskvadakı qərargahına ötürülür.

“The Wall Street Journal” ötən il yazırdı ki, 2015-ci ildə Pho-nun kompüterinə girməklə Rusiya kəşfiyyatı NSA-nın özünün xarici kompüter şəbəkələrinə necə girdiyini, özünü kiberhücumlardan necə qoruduğunu öyrənib.

Kaspersky özü də sonradan oğurluq hadisəsinin baş verməsini təsdiqləmiş, NSA-nın “Equation Group” adlı haker proqramının çıxış kodunun oğurlandığını bildirmişdi.

XS
SM
MD
LG