Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:04

Seagal qubernator olmaq ‘istəyir’


Vladimir Putin (soldan ikinci) və Steven Seagal Moskvada, arxiv fotosu
Vladimir Putin (soldan ikinci) və Steven Seagal Moskvada, arxiv fotosu

Əkşn filmlərinin ulduzu Steven Seagal Kremlin Primorye regionundakı siyasi problemlərinin həlli üçün öz rolunu təklif edir.

Seagal 2016-cı ildə Rusiya vətəndaşlığı alıb, Prezident Vladimir Putin-lə şəxsi münasibətləri var. O, Vladivostokda çıxışı zamanı deyib ki, Primoryenin qubernatoru olmaq istərdi. Xəbəri Interfax agentliyi bu gün – sentyabrın 26-da yayıb.

Primoryedə sentyabrın 16-da qubernator seçkisinin ikinci raundu keçirilib, ancaq sonradan seçkinin nəticələri ləğv olundu. Kommunist Partiyasının namizədi Kremlin dəstəklədiyi namizədin xeyrinə nəticələrin saxtalaşdırıldığını iddia etmişdi.

“DİYARI ÖYRƏNMƏK, DAHA ÇOX ŞEY GÖRMƏK...”

Vladivostokda film festivalında çıxış edən Seagal deyib ki, onun əcdadları bu bölgədəndir.

Steven Seagal
Steven Seagal

“Primorski diyarını öyrənmək, daha çox şey görmək, qubernatorunuz olmaq istəyirəm”, –agentlik ona istinadla yazır.

Xəbərdə Seagal-ın auditoriya tərəfindən alqışlandığı qeyd olunur, amma onun zarafat edib-etmədiyi bilinmir.

66 yaşlı Seagal-ın çəkildiyi Hollivud filmləri keçmiş sovet ittifaqı ərazisində, daha sonra Rusiya və digər postsovet respublikalarında məşhur olub.

Avqustda Rusiya Xarici İşlər Nazirliyi onu Birləşmiş Ştatlarla mədəni münasibətlər üzrə xüsusi elçi təyin edib.

Seagal Prezident Vladimir Putin dövründə Rusiya vətəndaşları verilmiş qərbli aktyor və atletlərdən yalnız biridir.

Seagal Vladivostokda deyib ki, vəzifəyə bu yaxınlarda təyin olunub və “hələ də Xarici İşlər Nazirliyi ilə danışıqlar mərhələsindədir”.

O, “Yaponiya üçün də eyni işi” gördnüyüü, “diplomatik münasibətlər məsələlərini müzakirə etdiyini” vurğulayıb.

XS
SM
MD
LG