Keçid linkləri

2024, 16 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 23:12

Çeçenistan və İnquşetiya arasında sərhəd problemi gərginlik yaradır


İnquşetiyada polis etirazçılara qarşı dəyənəklərdən istifadə edib
İnquşetiyada polis etirazçılara qarşı dəyənəklərdən istifadə edib

Rusiyanın İnquşetiya regionunda bir neçə etirazçı saxlanıb. Onlar Çeçenistanla İnquşetiya arasında hazırlanan sərhəd razılaşmasını və nəticədə İnquşetiyanın bəzi torpaqlarının Çeçenistana verilməsi qərarını ədalətsiz hesab edirlər.

Polis regional mərkəz olan Maqasda toplaşmış 100-dək aksiyaçıya qarşı dəyənəklərdən istifadə edib.

Çeçenistan və İnquşetiya 1991-ci ilədək SSRİ tərkibində vahid Çeçen-İnquş Respublikası olub.

Hüquq-mühafizə orqanları İnquşetiyanın paytaxt şəhəri Maqas ətrafında təhlükəsizliyi möhkəmləndirib və giriş-çıxışı məhdudlaşdırıb. Burada Çeçenistan lideri Ramzan Kadyrov və başqa regional rəhbərlər prezident Vladimir Putinin Şimali Qafqaz üzrə nümayəndəsi Aleksandr Matovnikovla görüşürlər.

Maqas və ətraf yerlərin sakinləri bildiriblər ki, mümkün etirazların önlənməsi məqsədilə mobil telefon rabitə sistemi məhdudlaşdırılıb.

İnquşetiya hüquq-mühafizə orqanları bildirir ki, ictimai asayişin qorunması məqsədilə “Kompleks tədbirlər” həyata keçirilir.

Ramzan Kadyrov (sağda) və Yunus-Bek Yevkurov (Foto arxivdəndir)
Ramzan Kadyrov (sağda) və Yunus-Bek Yevkurov (Foto arxivdəndir)

Rusiya xəbər agentliklərinin məlumatına görə Kadyrov və İnquşetiyanın başçısı Yunus-Bek Yevkurov, sərhəd barədə razılaşma imzalayıblar. TASS agentliyi bildirir ki, İnquşetiyanın Nadtereçnı və Çeçenistanın Malqobek rayonlarında yaşayış olmayan ərazilərin “bərabər dəyişdirilməsi” barədə razılıq əldə olunub.

İnquşetiyada bu sazişin opponentləri bildirirlər ki, “inquş torpaqları ədalətsizçisinə Çeçenistana verilir”.

Şimali Qafqaz
Şimali Qafqaz

Çeçenistan lideri Kadyrov tez-tez qonşu İnquşetiyanın və Dağıstanın daxili işlərinə qarışmaqda ittiham olunur.

Fəallar habelə çeçenləri İnquşetiyanın Sunja rayonunda qanunsuz yol tikintisi aparmaqda ittiham edirlər.

İnquşetiyanın baş naziri Zyalimkhan Yevloyev sakitliyə çağırıb və deyib ki, “qəti inzibatı sərhədlərin müəyyənləşdirilməsi” bütün çətinliklərə baxmayaraq İnquşetiya üçün prioritetdir.

Moskvada Putinin sözçüsü Dmitry Peskov deyib ki, administrasiya regiondakı “bəzi daxili gərginliklərdən xəbərdardır” və Putin orada baş verən hadisələr barədə mılumatlandırılır.

XS
SM
MD
LG