Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:35

Trump və Kim birinə necə ‘aşiq olub’ – Qərb mediası


Donald Trump-ın (sağda) Kim Jong Un -la görüşü, 12 iyun, 2018-ci il
Donald Trump-ın (sağda) Kim Jong Un -la görüşü, 12 iyun, 2018-ci il

Prezident Donald Trump seçiciləri qarşısında çıxışında deyib ki, vaxtilə Şimali Koreya lideri Kim Jong Un-la sərt danışıb, amma “sonradan bir-birinə aşiq olublar”. Bu haqda “The Associated Press” agentliyi yazır.

Trump şənbə günü Qərbi Virciniyada çıxış edib: “O mənə gözəl məktublar yazıb, əla məktublardır. Bir-birini sevdik”.

O, zarafatla əlavə edib ki, xəbər mediası bu dediyini “prezidentə yaraşmayan” şərh adlandıracaq, Şimali Koreya lideri barədə belə pozitiv danışdığına görə onu tənqid edəcək.

“Prezident Trump niyə bu qədər güzəştə gedib?” – Trump “xəbər aparıcısı” səsilə deyib. “Heç nədən imtina etməmişəm”, – o, sözlərinə əlavə edib.

Trump-ın deməsinə görə, Kim iyunda Sinqapurdakı görüşdən sonra ikinci görüşdə maraqlıdır. Trump həmin görüşü Şimali Koreyanın nüvəsizləşdirilməsinə doğru böyük addım adlandırsa da, nüvəsizləşdirmə üzrə danışıqları o vaxtdan dayanıb.

Donald Trump Kim Jong Un-dan aldığı məktubu göstərir, 26 sentyabr, 2018-ci il
Donald Trump Kim Jong Un-dan aldığı məktubu göstərir, 26 sentyabr, 2018-ci il

Şimali Koreyanın baş diplomatı Ri Yong Ho ötən şənbə günü BMT Baş Məclisində bildirib ki, ölkəsinin tərksilahla bağlı atdığı addımlara ABŞ-dan “uyğun reaksiya” görmürlər.

Trump isə çıxışında daha nikbin görünüb. “Şimali Koreyayla böyük işlər görürük. Şimali Koreya ilə müharibə edəcəkdik, milyonlarla adam öldürüləcəkdi. İndi isə belə yaxşı münasibət yaranıb”, – o vurğulayıb.

ABŞ Suriyadakı terrorçuları silahlandırmağı ‘dayandırsın’

“Bu həftə dünya liderləri BMT Baş Məclisinə yığışarkən ABŞ Prezidenti Donald Trump Yaxın Şərqdə iflasa uğramış siyasətinin əksinə gedə bilər. O, ABŞ və Avropanın terrorçu saydığı təşkilatın Suriya qanadı olan Xalq Mühafizə Birliklərinə – YPG-yə silah göndərişini dayandırmaqla bir terrorçu təşkilata zərbə vura bilər”. Türkiyənin xarici işlər naziri Mevlut Cavusoglu sentyabrın 28-də “The Washington Post” qəzetində dərc olunmuş məqaləsində belə yazır.

Nazir ABŞ kəşfiyyat cameəsinin YPG-ni Kürdüstan İşçi Partiyasının (PKK) “Suriya yaraqlıları” adlandırmasını yada salır. PKK-nın Türkiyədə zorakı terror kampaniyası apardığını, minlərlə günahsız adamı öldürdüyünü qeyd edir.

Rusiya prezidenti Vladimir Putin (solda) və Mevlut Cavusoglu Kremldə görüşür, 24 avqust, 2018-ci il
Rusiya prezidenti Vladimir Putin (solda) və Mevlut Cavusoglu Kremldə görüşür, 24 avqust, 2018-ci il

“Dəfələrlə xəbərdarlıq etdiyimiz kimi, Birləşmiş Ştatların bu qrupa dəstəyi əks reaksiya verib. Bu il amerikalı dəniz piyadası Suriya yaraqlı qruplaşmasının üzvü tərəfindən öldürülüb. Human Rights Watch YPG-ni uşaqları sıralarına cəlb etməməyə çağırıb. Son məlumatlara görə, YPG qüvvələri Suriya prezidenti Bashar al-Assadla alyans yaradıb, onun üsyançıların son istehkamını almasına yardım edirlər”, – Mevlut Cavusoglu vurğulayır.

“Mən kürd xalqının müttəfiqiyəm. Mənim partiyam Türkiyə kürdləri arasındakı elektoratın dəstəyini alıb. Amma mən bütün terrorçuların düşməniyəm, istisna qoymuram. Vaxtilə Əfqanıstandakı mücahidləri silahlandırdığı, silah və təlim verdiyi kimi, daha tətik Amerikalıların əlində deyil”, – yazan nazir Birləşmiş Ştatların terrorçuları dəstəkləməməyə çağırır, “tərəf seçməyin zamanı gəldiyini” deyir.

Vladimir Putinin ‘başı dərddədir’

Rusiyada Vladimir Putin 18 ildir hakimiyyətdir, amma indi o və hakim Vahid Rusiya Partiyası ölkədə daha çox müxalif mövqe ilə üzləşir, tənqid olunur. “Newsweek” dərgisində Jason Lemon həm rəy sorğularının, həm də xalq etirazlarının artan narazılığı göstərdiyini yazır.

Özəlliklə də, ölkədə pensiya yaşının artırılması təklifi etirazlara səbəb olub, bu yürüşlərdə 1000-dən çox adam saxlanıb.

Rusiyada "pensiya etirazları"
Rusiyada "pensiya etirazları"

Bəzi vilayətlərdə Kremlin namizədinin qalib gəlməməsi diqqət çəkib.

“Bir şeydən əmin olmaq lazımdır ki, Kreml həmin seçkiləri sözün əsl mənasında uduzmayıb. Vahid Rusiyanın namizədini, yaxud başqa birisini ilk öncə Kreml dəstəkləyib”, – jurnalist Maxim Trudolyubov “The Moscow Times”da yazıb.

“Yeganə itki Putinin siyasi legtimiliyin vacib mənbəyi olmasıyla bağlı idi. Putin hakimiyyəti dövründə Rusiya seçkilərinin dəmir qaydası bu idi ki, onun dəstəklədiyi namizəd səslərin əksəriyyətini almalıydı. Bu dəfə isə alınmadı”, – Trudolyubov qeyd edir.

Bu arada dəstək qazana bilmiş həqiqi müstəqil siyasətçilər təhdid, vandalizm və zorakılıqla üzləşib.

“Kreml açıq şəkildə müstəqil siyasi hərəkatlara dəstək dilə gətirir, onları müsbət demokratik addım adlandırır. Ancaq bu bəyanatlara baxmayaraq, Putin tanınmış rəqiblərindən çoxunu bu yaz prezident seçkisinə buraxmadı. Aleksei Navalny də onlardan biri idi. Sonucda Putin səslərin 76 faizini qazandı və seçici iştiraklılığı 67 faizdən azacıq artıq oldu”, – Jason Lemon vurğulayır.

XS
SM
MD
LG