Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:49

Parisdə Birinci dünya müharibəsinin bitməsinin 100 illiyi qeyd edilir


Donald Trump və Emmanuel Macron/Reuters.Fransa.10.11.2018
Donald Trump və Emmanuel Macron/Reuters.Fransa.10.11.2018

Fransanın paytaxtı Parisdə Birinci dünya müharibəsinin bitməsinin 100 illiyi qeyd edilir.

Noyabrın 10-u və 11-də şəhərdə keçirilən təntənəli mərasimlərdə 60-dan çox ölkə başçısı iştirak edir.

Bu mərasimlər naməlum əsgərin abidəsi önündə bitıcık.

Artıq ABŞ prezidenti Donald Trump Parisdədir və fransalı həmkarı Emmanuel Makronla görüşüb.

Buna da bax:Trump Makronun təklifini təhqiramiz sayır.

Donald Trump noyabrın 10-da xanımı Melaniya ilə birlikdə ABŞ əsgərlərinin dəfn edildiyi Bellau qəbristanlığını ziyarət edəcək.

Kanadanın baş naziri Justin Trudeau-da elə həmin gün Fransanın şimalında Kanada əsgərlərinin dəfn edildiyi məzarlığı ziyarət edəcək.

1914-1918-ci illər Birinci dünya müharibəsində 9 milyona yaxın əsgər və təxminən 6 milyon mülki sakin həlak olub.

Bu müharibədə 40 ölkə iştirak edirdi.

Müharibə Avstriya-Macarıstan, Osmanlı və Rusiya imperiyalarına son qoydu. Rusiya prezidenti Vladimir Putin də tədbirə dəvət olunub.

XS
SM
MD
LG