Keçid linkləri

2024, 18 Oktyabr, Cümə, Bakı vaxtı 08:07

Maaşların verilməməsinə etiraza görə 4 fəhlə saxlanıb


İranda etirazlar, arxiv fotosu
İranda etirazlar, arxiv fotosu

İranın cənub-qərbində maaşların verilməməsinə etiraz edən dörd fəhlə saxlanıb. Xəbəri IRNA dövlət xəbər agentliyi yayıb.

Xuzistan ostanındakı Şuş şəhərində Haft Tape şəkər zavodunun fəhlələri neçə gün idi etiraz edirdilər.

IRNA-nın yazmasına görə etirazçı fəhlələrə yerli sakinlər də qoşulub. Həmin zavodda 4 minədək işçinin çalışdığı bildirilir.

Noyabrın 18-də saxlananlara fəhlələrin iki təmsilçisi və bir qadın müxbir daxildir. Agentlik detalları açıqlamayıb.

Xuzistan valisi Gholamreza Shariati deyib ki, “fəhlələrin hüquqları var, onların qaldırdığı məsələləri, tələbləri araşdırırıq”.

Son aylar İranda çoxsaylı tətillər baş verib, onlar əsasən, polad, təhsil, mədən və nəqliyyat sektorlarında iş şəraitinə və maaların verilməməsinə etiraz olaraq keçirilir.

İranda iqtisadi böhran yaşanır, son aylar təkəmseyrək etirazlar da baş qaldırır.

Birləşmiş Ştatlar noyabrın əvvəlində İrana iqtisadi sanksiyaları bərpa edib. Bu sanksiyalar ABŞ-ın Tehrana iqtisadi təzyiq kampaniyasına daxildir. Prezident Donald Trump bununla İranın nüvə silahı və raket hazırlamasını, Yaxın Şərqdə silahlı qruplara dəstəyini önləmək istədiyini deyir.

XS
SM
MD
LG