Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 04:35

Ukraynanın Azov dənizi limanlarına giriş ‘qismən’ bərpa olunur


Mariupol limanında Ukrayna sərhəd gəmisi
Mariupol limanında Ukrayna sərhəd gəmisi

Ukraynanın infrastruktur naziri Volodymyr Omelyan deyir ki, Rusiya ölkəsinin Azov dənizindəki limanlarını “qismən” açıb, Ukrayna gəmilərinin Kerç boğazından keçməsinə imkan verib. Bu, noyabrın 25-dən – Rusiya qüvvələri Ukraynanın 3 gəmisini və 24 dənizçisini ələ keçirəndən ilk dəfə baş verir.

Berdyansk və Mariupol qismən açılıb. Gəmilər Kerç boğazından Ukrayna limanlarına keçə bilirlər. Hərəkət qismən bərpa olunub”, – Omelyan dekabrın 4-də deyib.

Volodymyr Omelyan
Volodymyr Omelyan

Qeyd edək ki, bir gün öncə NATO-nun baş katibi Jens Stoltenberg Rusiyadan “Ukraynanın Azov dənizindəki limanlarına maneəsiz girişə, hərəkət azadlığına icazə verməyə” çağırıb.

Stoltenberg deyib ki, Ukraynanın hərbi və mülki gəmilərinin “Kerç boğazı və Azov dənizində hərəkət etmək hüququ var”.

Bu gün NATO-nun 29 üzv ölkəsinin xarici işlər nazirləri Brüssel toplantısında Kerç böhranını da müzakirə edəcəklər.

Rusiya beynəlxalq çağırışlara baxmayaraq, dənizçiləri buraxmır.

Rusiyanın İnsan haqları komissarı Tatyana Potyayeva dekabrın 4-də 25 noyabr insidentində xəsarət almış üç dənizçi ilə görüşməlidir.

Moskva 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq edib, ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlayıb. O vaxtdan münaqişədə 10 min 300-dən çox adam həlak olub.

Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitry Peskov dekabrın 3-də deyib ki, Moskvanın Krımla “quru dəhlizi” yaratmağa çalışması iddiaları “absurd”dur.

XS
SM
MD
LG