Keçid linkləri

2024, 16 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 23:19

Rusiya səfiri: Qarabağ danışıqları ətrafında müsbət mühit yaranacaq (Video)


Mixail Boçarnikov
Mixail Boçarnikov

2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında daha əlverişli mühit yaradılacaq.

Trend-in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov (Mikhail Bocharnikov) dekabrın 24-də Bakıda mətbuat konfransında deyib.

Rusiya səfiri: Qarabağ danışıqları ətrafında daha müsbət mühit yaranacaq
Gözlə

No media source currently available

0:00 0:00:52 0:00

“Gələn il münaqişənin həlli ilə bağlı danışşıqlar prosesində daha müsbət ab-hava yaranacağına nigbin yanaşıram.Deyərdim ki, əvvəliki il elə də nəticəsiz olmayıb və artıq bunun əsası qoyulub, yüksək səviyyədə və xarici işlər nazirləri səviyyəsində müəyyən görüşlər olub”, Boçarnikov deyib.

Səfir qeyd edib ki, həmçinin yanvarda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir və Rusiya həmsədr ölkələrdən biri kimi belə bir müsbət mühitin yaradılmasına kömək etmkdə davam edəcək.

Mixali Boçarnikov həmçinin bildirib ki, gələcəkdə ticarət, iqtisadiyyat, kənd təsərrüfatı, nəqliyyat və humanitar sahələr də daxil olmaqla Rusiya ilə Azərbaycan arasındakı əlaqələr daha da inkişaf etdiriləcək.

XS
SM
MD
LG