Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:14

Trump sərhəddə ‘humanitar böhran’ yarandığını deyir


Donald Trump
Donald Trump

Prezident Donald Trump Birləşmiş Ştatların Meksikayla sərhədində “humanitar böhran” yarandığını deyir. Onun çıxışı televiziyayla birbaşa yayımlanıb. Prezident Meksikayla sərhədin hasarlanmasını istəyir. Buna maliyyə ayrılmaması ucbatından hökumət 18 gündür qismən qapadılıb.

Konqresdəki demokratlar Trump-ı tənqid edir, onu federal hökuməti yenidən açmağa çağırır. Hökumətin bağlanması nəticəsində yüz minlərlə federal işçi ödənişsiz çalışır.

Yanvarın 8-də Trump-ın prezidentliyi dövründə ilk dəfə olaraq Oval Ofisdən etdiyi çıxış ABŞ siyasətinin necə gərgin bir dönəmə girdiyini göstərir. Noyabrda demokratlar Nümayəndələr Palatasına nəzarəti ələ alandan durum qəlizləşib.

ABŞ-Meksika sərhədində miqrant uşaqlar
ABŞ-Meksika sərhədində miqrant uşaqlar

Trump sərhədin hasarlanmasına Konqresin 6 milyard dollaradək vəsait ayırmasını istəyir.

Demokratlar buna qarşı çıxır. Konstitusiyaya görə, prezident konqresin razılığı olmadan bu tip layihələrə pul xərcləyə bilməz.

Federal hökumət artıq dekabrın 1-dən qismən qapalıdır və bu, ABŞ tarixində ikinci uzun qapanmadır.

“Cənub sərhədimizdə humanitar və təhlükəsizlik böhranı artmaqdadır”, – Trump televiziyaların canlı yayımladığı çıxışında deyib.

Trump seçki kampaniyası zamanı immiqrasiyanı böyük problem adlandırırdı, sərhədi hasarlamağı vəd edirdi.

Demokratlar isə Trump-ın immiqrasiya təhlükəsini şişirtdiyini iddia edir, onu federal işçilərindən hasar məsələsindən rıçaq kimi istifadə etməkdə suçlayır.

Nümayəndələr Palatasının demokratlardan olan lideri Nancy Pelosi isə televiziya çıxışında deyib ki, Trump sərhəddə böhranı yaradıb. Senat demokratlarının lideri Chuck Schumer Trump-ı hökuməti yenidən açmağa, sərhəddə təhlükəsizliklə bağlı danışıqları bərpa etməyə çağırıb.

XS
SM
MD
LG