Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 04:44

Dünya Bankı iqtisadi artım proqnozlarını azaldır


Dünya Bankının Vaşinqtonda baş qərargahı
Dünya Bankının Vaşinqtonda baş qərargahı

Dünya Bankı bu il qlobal iqtisadiyyat üçün proqnozlarını azaldıb, ticarətdə gərginliyin artmasını, emal sənayesinin zəifləməsini, yeni yaranan bazarlarda maliyyə stressinin artmasını əsas gətirib.

Agentlik yanvarın 8-də “Qaralan Səmalar” adlı hesabatında bildirib ki, bu il dünya iqtisadiyyatının 2,9 faiz artacağını gözləyir. Ötən iyunda qurum 3 faizlik artım proqnozlaşdırmışdı.

Belə getsə, bu il artımın səngidiyi ikinci il olacaq. Ötən il qlobal iqtisadiyyat 3 faiz, 2017-ci ildə isə 3,1 faiz artıb.

“Qlobal artım yavaşıyır, risklər artır”, – Dünya Bankında proqnozlara nəzarət edən iqtisadçı Ayhan Kose deyib.

QLOBAL TİCARƏTDƏ DƏ ARTIM AZALIR

Bank bu il ABŞ iqtisadiyyatı üçün 2,5 faizlik artımı dəyişməz saxlayıb. Bu, ötənilki 2,9 faizdən azdır. Avrodan istifadə edən 19 ölkədə artım 1,6 faiz gözlənir ki, bu da ötənilki 1,9 faizdən azdır.

Çində isə bu il 6,2 faizlik artım proqnozlaşdırılır. 2018-ci ildə dünyanın ikinci iqtisadiyyatı 6,5 faiz artmışdı.

Bank Yaponiya iqtisadiyyatından gözləntilərini artırıb, ötən il 0,8 faiz artım baş verən ölkədə bu il 0,9 faiz gözlənir.

Prezident Donald Trump ABŞ-ın illərlə azad ticarəti dəstəkləməsinin bu ölkəyə iş yerlərinə başa gəldiyini deyərək idxal mallarına, o cümlədən Çindən 250 milyard dollarlıq məhsula tarif qoyub. Digər ölkələr də tariflər tətbiq edib.

Ancaq bütün bunun acısını qlobal ticarət çəkir. Bank proqnozlaşdırır ki, bu il qlobal ticarətdə artım ötənilki 3,8 faizdən 3,6 faizə enəcək. 2017-ci ildəsə artım 5,4 faiz olmuşdu.

Faiz dərəcələrinin artması yeni yaranan bazarlara və 2007-2009-cu illərin Böyük Geriləməsindən sonra faiz dərəcələrinin çox aşağı olduğu bir vaxtda xeyli borc götürmüş şirkətlərə təsir göstərir.

İndi borc xidməti hökumətlərin gəlirlərini yeməyə başlayır və hökumətlərin əsas sosial xidmətləri maliyyələşdirməsi çətinləşir”, – Dünya Bankının baş icraçı rəsmisi Kristalina Georgieva deyir. O, bankın prezidenti Jim Yong Kim yanvarın sonunda vəzifəsindən gedincə onu əvəzləyəcək.

Bank bu il Türkiyə, Argentina, İran və Pakistan üçün də artım proqnozlarını aşağı salıb.

XS
SM
MD
LG