Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:17

Suriya İsrailin azı 30 raketini 'vurub'


Golan yüksəkliyində İsrail tankları
Golan yüksəkliyində İsrail tankları

Rusiya ordusu bildirir ki, yanvarın 21-də İsrailin hava zərbələri zamanı Suriyanın hava qüvvələri 30 qanadlı raketi vurub.

RIA Novosti dövlət xəbər agentliyi Rusiya Dövlət Müdafiə İdarəçiliyi Mərkəzinə istinadla xəbər verir ki, insident zamanı Suriyanın dörd əsgəri öldürülüb, altısı yaralanıb. Dəməşq aeroportuna da ziyan dəydiyi xəbər verilir.

Britaniyadakı Suriya İnsan Haqları mərkəzi insident zamanı 11 nəfərin öldürüldüyünü bildirir.

***

Yanvarın 21-də səhər İsrail ordusu Suriyadakı İran hərbi hədəflərini vurduğunu təsdiqləyib. Bundan bir neçə sata öncə İsrail qüvvələri günün günorta çağı Dəməşq Beynəlxalq Aeroportu yaxınlığına raket zərbələri endirmişdi.

İsrailin raketdən müdafiə sistemləri Golan Yüksəkliyi üzərində raket aşkarladığını bildirəndən sonra belə bir bəyanat yayılıb.

“İranın Suriya ərazisindəki Qüds hədəflərini vurmağa başlamışıq. Suriyanın Silahlı Qüvvələrinə İsrail qüvvələri və ərazisində ziyan vurmamaq xəbərdarlığı edirik”, – İsrail ordusu bəyanatında deyib.

RAKETLƏRİN ÇOXU VURULUB

Bəyanatda raket zərbələrinin detalları açıqlanmayıb.

Arxiv fotosu
Arxiv fotosu

Ancaq Britaniyada mənzillənən Suriyada İnsan Haqlarını Müşahidə Təşkilatı Dəməşq aeroportu ərazisinə raket zərbələri endirildiyini xəbərləyib. Bu raketlərin İranın və Livanın Hizaballah şiə yaraqlı qruplaşmasının silah depolarını vurduğu bildirilir.

İsrail indiyədək qonşu Suriyada hərbi əməliyyatlarını açıq təsdiqləməyib.

Suriya ordusunun məlumatına görə, İsrail yanvarın 20-də günorta 1-dən sonra intensiv raket zərbələri endirib. Suriya qüvvələrinin raketlərin çoxunun hədəfə dəyməsini önlədiyi xəbər verilir. Suriya dövlət mediası bildirir ki, hava müdafiə qüvvələri Dəməşqin cənubunda beynəlxalq aeroport yaxınlığına İsrailin raket zərbəsinin qarşısını alıb.

Dövlət Televiziyası İsrailin Dəməşq aeroportu yaxınlığına altı raket atdığını, onlardan beşinin vurulduğunu bildirir.

Rusiya ordusu isə İsrailin dörd F-16 qırıcısının “Suriya ərazisinə raketlər” atdığını, bundan sonra Suriya hava qüvvələrinin yeddi raketi məhv etdiyini vurğulayır.

Rusiyayla İran Suriya müharibəsində Prezident Bashar al-Assadı dəstəkləyir. Bu ölkədə vətəndaş müharibəsində yüzminlərlə adam həlak olub, milyonlarla suriyalı evindən didərgin düşüb.

İsrail isə İranın hərbi baxımdan Suriyada möhkəmlənməsinə imkan verməyəcəyini deyir.

XS
SM
MD
LG