Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 13:20

Senatorlar Khashoggi işinə görə Ağ evdən gileylidir


Jamal Khashoggi-nin portreti
Jamal Khashoggi-nin portreti

ABŞ senatorları gileylənirlər ki, Prezident Donald Trump administrasiyası səudiyyəli jurnalist Jamal Khashoggi-nin qətlinə dair yeni informasiya açıqlamır.

Konqresmenlər martın 4-də qapalı dinləmədə iştirak ediblər, vaxtilə qismən Virciniyada da yaşamış Khashoggi-nin qətlilə bağlı Ağ evin nə etdiyindən xəbər tutmaq istəyiblər.

Respublikaçı senator Marco Rubio daha sonra jurnalistlərə deyib ki, o, yeni heç nə öyrənməyib.

“Senat Səudiyyə Ərəbistanı hökumətinə qarşı sanksiyalarla bağlı qərar verməli olacaq”, – o deyib.

Khashoggi ötən ilin oktyabrında Səudiyyənin İstanbuldakı konsulluğunda öldürülüb. Səudiyyə hökuməti bu qətli bir dəstə əməliyyatçının gerçəkləşdirdiyini deyib, vəliəhd şahzadə Muhammad bin Salmanın onda əli olmadığını deyib.

Konqresin təkidiylə Trump Khashoggi-nin qətlinin araşdırılmasına göstəriş vermişdi. Amma ötən ay son tarixin bitməsinə baxmayaraq, Ağ ev Konqresə hesabat təqdim etməyib.

Konqresmenlər bu xahişi oktyabrda insan haqları qanunu olan Qlobal Maqnitski aktı çərçivəsində irəli sürüb.

“Onlar bizim kəşfiyyat barədə danışmağımızı istəmirlər”, – Demokrat Senator Chris Murphy Ağ evə eyhamla deyib.

Konqresmenlərin fikrincə, qətli bin Salman sifariş edib. Prezident Donald Trump isə onu günahlandırmağa meylli deyil.

XS
SM
MD
LG