Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:26

Erməni qadını öldürmüş Rusiya əsgəri Ermənistan orqanlarına verilməyəcək


Rusiyalı əsgər tərəfindən qətlə yetirilmiş Julieta Ghazarian
Rusiyalı əsgər tərəfindən qətlə yetirilmiş Julieta Ghazarian

Erməni qadını ölümcül döymüş rusiyalı əsgər Gümrü şəhərindəki Rusiya hərbi bazasında həbsdə saxlanacaq. Bu barədə yerli məhkəmənin qərarı martın 19-da elan edilib.

23 yaşlı Andrei Razgildeyev ötən dekarda 57 yaşlı süpürgəçi Julieta Ghazarianın zorakı ölümü ilə bağlı həbs olunub və ona qarşı Ermənistan hüquq-mühafizə orqanları tərəfindən bilməyərəkdən adamöldürmə ittihamı irəli sürülüb.

Ermənistan qanunları ilə ittiham altında olsa da, habelə qohumlarının və insan haqları fəallarının etirazlarına rəğmən, Razgildeyev qulluq etdiyi hərbi bazanın ərazisində həbsdə saxlanır.

Martın 19-da Ermənistanın Şirak məhkəməsi qurbanının ailəsinin Razgildeyevin Ermənistanın hüquq-mühafizə orqanlarına təslim edilməsinə və Ermənistan məhkəməsində mühakimə olunmasına dair vəsatətini rədd edib.

Razgildeyevi Ermənistan qanunları ilə ilə 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər. Onun bu qətl üçün motivləri bəlli deyil.

Ghazarianın qızı Anahitin vəkili Arayik Zalian deyib ki, bu iş üzrə səhih və tərəfsiz təhqiqat yalnız Razgildeyevin Ermənistan hakimiyyət orqanlarına təslim edildiyi təqdirdə mümkündür.

Ermənistan Baş Prokurorluğunun nümayəndəsi Mihran Martirosian isə deyib ki, Razgildeyevin Rusiya hərbi bazasının ərazisində saxlanması legitimdir, beləki bu cür hallar Ermənistan-Rusiya hökumətlərarası müqaviləsi əsasında tənzimlənir:

"Müttəhim Rusiya Federasiyasının 102 nömrəli hərbi bazasının ərazisində həbs edilib. Buna görə də onun bu bazanın ərazisindən çıxarılması Rusiya Federasiyasının qanunlarına ziddir”.

2015-ci ildə başqa bir Rusiya əsgəri Gümrü şəhərində bir erməni ailəsinin 7 üzvünü qətlə yetirmişdi. Yerli məhkəmə 2016-cı ildə sıravi Valery Permyakov barəsində ömürlük həbsxana cəzası hökmünü çıxarıb.

Permyakov da məhkəmədən əvvəl və sonra hərbi bazanın ərazisində saxlanırdı. O sonradan cəzasını çəkmək üçün Rusiyaya etaplanıb.

Bununla bağlı Gümrüdə və ölkənin başqa şəhərlərində anti-Rusiya etirazları olmuşdu.

XS
SM
MD
LG