Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 03:50

Nikol Paşinyan: 'Düzünə qalsa, mənim Azərbaycan cəmiyyətinə çox sözüm var...'


Nikol Paşinyan
Nikol Paşinyan

AzadlıqRadiosu Erməni xidmətinin yazdığına görə Ermənistanın baş naziri Nikol Paşinyan martın 19-da 4 saatdan artıq davam edən mətbuat konfransında deyib ki, Dağlıq Qarabağın danışıqlar masası arxasına qayıtması barədə təklif formatın dəyişdirilməsinə dair yox, onun bərpasının təklifidir.

Baş nazir əlavə edib ki, bunun belə olması nə ATƏT-in Minsk qrupu həmsədrləri, nə də Azərbaycan tərəfi üçün yenilik deyil:

“Biz bu müzakirəni arqumentlər meydanında davam etdirməyə çalışacağıq, çünki danışıqlar elə bizim bir-birimizi dinlədiyimizə görə danışıqlardır. Partnyorlarımız bizim mövqeyimizin həddən ziyadə sərt olduğunu hesab edəndə, biz öz mövqeyimizi yumşalda bilərik. Lakin biz partnyorlarımızdan da eyni yanaşmanı gözələyirik, əks halda söhbət alınmayacaq”.

Azatutyun yazır ki, Paşinyan baş nazir vəzifəsinə gəldikdən sonra Dağlıq Qarabağ danışıqlarının bundan əvvəlki gedişini öyrənmək məqsədilə xarici işlər naziri Zohrab Mnatsakanyanla bilrlikdə keçmiş nazir Edvard Nalbandyanla görüşmüşdü.

Baş nazirin sözlərinə görə, buna zərurət olanda o bu mövzuda bundan əvvəlki üç prezidentə də suallar verə bilər.

Bu mətbuat konfransında Paşinyan habelə beynəlxalq icmanın münaqişə tərəfi olan xalqarın sülhə hazırlanması çağırışı məsələsinə toxunan Paşinyan deyib ki, Ermənistanın baş naziri erməni cəmiyyəti ilə, Azərbaycan prezidenti isə Azərbaycan cəmiyyəti ilə işləməlidir.

“Mən artıq Stepanakertdə (Xankəndində - red) dediyim kimi hesab edirəm ki, Azərbaycan cəmiyyətinin də sülhə hazırlanmasında iştirak etməliyəm, Azərbaycanın rəhbəri isə həm də erməni cəmiyyətinin sülhə hazırlanmasında iştirak etməlidir”.

Nikol Paşinyan daha sonra fikirlərini belə inkişaf etdirib:

“Məsələn, mənə maraqlıdır, Azərbaycan prezidentinin onlarla birbaşa danışa bilməsi üçün Qarabağ və Ermənistan cəmiyyətinə deyiləsi sözü varmı? Məsələn, düzünə qalsa, mənim Azərbaycan cəmiyyətinə deyiləcək çox sözüm var və mən belə bir imkanın yaradılmasınadan çox məmnun olardım”.

Azərbaycan prezidenti İlham Əliyev martın 14-də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı demişdi ki, danışıqların mövcud formatını dəyişdirmək cəhdini danışıqlar prosesini bloklamaq cəhdi kimi qiymətləndirir:

“Biz görürük ki, Ermənistan hökuməti bu gün danışıqlar formatını dəyişdirməyə cəhd edir. Bu isə qəbuledilməzdir. Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupunun həmsədrləri də bunu bəyan edirlər”.

Prezident Əliyev vurğulamışdı ki, danışıqlar yalnız danışıqlar xatirinə aparılmamalıdır.

Azərbaycan tərəfi Dağlıq Qarabağdakı mövcud idarəçiləri separatçı qüvvə sayır.

Rəsmi Bakının mövqeyinə görə, yalnız Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları bərabər şəkildə danışıqlara qatıla bilər.

Mövcud danışıqlar formatının dəyişdirilməsinin yolverilməzliyi ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatında da xüsusi vurğulanmışdı.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-c ildə atəşkəs razılaşmasına kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ora bitişik 7 rayon işğal edilib.

Qarabağ münaqişəsinin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib.

ABŞ, Fransa və Rusiya qrupun həmsədr dövlətlərdir.

Danışıqlar Azərbaycan və Ermənistan rəhbərliyi arasında aparılır.

XS
SM
MD
LG