Keçid linkləri

2024, 16 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 23:07

Yanğından çıxan suallar: Sahibkar niyə sığorta eləmir, FHN niyə yoxlamır?


Mal-mülkü yananlar İlham Əliyevdən nə istədilər?
Gözlə

No media source currently available

0:00 0:14:38 0:00

Mal-mülkü yananlar İlham Əliyevdən nə istədilər?

“Diqlas” ticarət mərkəzində yanğının qarşısını almaq və ya itkiləri azaltmaq mümkün ola bilərdimi?

Fövqəladə Hallar Nazirliyinin qərargah rəisi Əkbər Novruzov report.az saytına müsahibəsində deyib ki, binada təhlükəsizlik qaydalarına əməl olunmayıb:

"Ticarət mərkəzində heç bir nizamlı iş olmayıb. Binada daxili yanğınsöndürmə sistemləri yoxdur, ərazidə su çatışmır".

Əkbər Novruzov deyib ki, hazırda yanğının səbəbləri araşdırılır.

FHN hara baxır?

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov yanğın yerinə baş çəkib
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov yanğın yerinə baş çəkib

Amma məsələ burasındadır mövcud əsasnaməyə görə, yanğın təhlükəsizliyi, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması ilə bağlı tələblərin yerinə yetirilməsinə öz səlahiyyətləri daxilində nəzarət etmək elə Fövqəladə Hallar Nazirliyinin vəzifəsidir.

Memarlıq və İncəsənət Universitetinin professoru Feyzulla Quliyev deyir ki, binaların istismara verilməsi ilə bağlı razılığı da bu nazirlik verir.

“Bina tikilib qurtarmamış şəhərin Baş Memarlıq İdarəsi ilə razılaşdırılır- bu razılaşdırılma onunla bağlıdır ki, bina şəhərsalmaya cavab verir yoxsa yox. İkinci razılaşdırma isə Fövqəladə Hallar Nazirliyinin Ekspertiza Komissiyası ilə aparılır. Tikinti bu komissiya ilə razılaşdırılmalıdır. Bura yanğın da, su da, bütün təchizat da, binalar arasındakı məsafələr də, materialların yanğına davaml olub-olmaması da daxildir.

"Diqlas" ticarət mərkəzində yanğın
Gözlə

No media source currently available

0:00 0:03:25 0:00

Bəs Fövqəladə Hallar Nazirliyi Diqlas ticarət mərkəzinin təhlükəsizlik qaydalarına cavab verib-vermədiyini sonuncu dəfə nə vaxt yoxlayıb?

Bu bina istismara verilərkən standartlara uyğun olub-olmamasına rəy verilibmi?

Bu suallara gün ərzində cavab ala bilmədik, Fövqəladə Hallar Nazirliyində telefon zənglərimizə cavab verən olmadı.

Heç bir təlim keçilməyib

AzadlıqRadiosuna danışan sahibkarlardan biri deyir ki, onlara təhlükəsizliklə bağlı heç bir təlim keçilməyib:

“40 min az deyil. 40 min pul itirdim. Yox heç bir təlim keçilməmişdi. Toplantı olmayıb yanğınla bağlı. Bizi yanğın olanda binaya buraxmadılar. Bir yanğınsöndürən var idi. Qalanları bina yanıb qurtarandan sonra gəldi”.

Diqlasdakı yanğında insan itkisi olmayıb
Diqlasdakı yanğında insan itkisi olmayıb

Fövqəladə Hallar Nazirliyinin xidmət rəisi Əkbər Novruzov isə mətbuata deyib ki, yanğın başlayandan sonra cəmi səkkiz dəqiqə ərzində yanğınsöndürmə briqadaları hadisə yerinə çatıb. Amma ərazidə avtomobillərin hərəkəti tıxac yaradıb və işə mane olub.

Ticarət Mərkəzində çalışan sahibkarlar müflis olduqlarını deyirlər, itirdikləri mallar üçün kompensasiya tələb edirlər, deyirlər ki, istəsələr də sığorta şirkətləri onların mağazalarını yanğından sığortalamayıb:

“Bizə dedilər ki, tək sənin yerini sığortalaya bilmərik, ancaq bütün binanı...”

Sığorta şirkətləri həvəsli deyillər

Sığorta üzrə mütəxəssis Xəyal Məmmədxanov deyir ki, sığorta şirkətləri yalnız “Diqlas” deyil, başqa ticarət mərkəzlərini də sığortalamaqdan çəkinir. Burda səbəblərdən biri də yanğın təhlükəsizliyi qaydalarına riayət olunmaması, yanğın riskinin böyük olmasıdır.

Nəinki sahibkarların mağazaları, heç Diqlas Ticarət Mərkəzinin binası da sığortalanmayıb. Bunu isə martın 27-də, binanı idarə edən şəxslərdən biri Araz Rəhimov deyib:

“Mənə deyirlər ki, binanı sığorta eləmisən, deyirəm yox. Kəmaləddin müəllim danışdı... Dedi ki, camaat malını sığorta eləmişdi, deyirik, yox”.

Sonrakı sual-cavab da heç bir təsəlli yaratmır:

- Arenda pulunu siz yığırdız, siz sığorta etməli idiniz.

- Sahibkarlar etməyəndən sonra mən kiməm axı...

Yanğından zərərçəkənlər etiraz edirlər
Gözlə

No media source currently available

0:00 0:06:27 0:00

Sığorta mütəxəssisi Xəyal Məmmədxanlı isə deyir ki, qanunla bütün növ daşınmaz əmlak sığortalanmalıdır.

İndiyə qədər başqa ticarət mərkəzlərində, məsələn, Sumqayıtdakı "Karvan", Bakıdakı "Binə" ticarət mərkəzində də yanğın olub, həmin ticarət mərkəzlərində çalışanlar da sığortaları olmadığı üçün dəymiş ziyana görə kompensasiya ala bilməyiblər.

XS
SM
MD
LG