Rusiya İl-112B markalı yeni hərbi-nəqliyyat təyyarəsini sınaqdan keçirib.
“İlyushin adına aviasiya kompleksi”nin məlumartına görə təyyarə Voronejdəki zavoddan ilk uçuşunu həyata keçirib.
Bu Rusiyanın “sıfırdan” yaratdığı ilk hərbi-nəqliyyat təyyarəsidir.
İl-112B, Rusiya ordusunda Sovet istehsalı olan və “Kiyev aviasiya zavodu”nda yığılan An-26 təyyarəsini əvəz etməlidir.
Bu təyyarə üzərində iş 1990-cı illərin əvvəllərindən başlayıb və daima maliyyə çatışmazlığına görə, dəfələrlə problemlə üzəlib.
2004-cü ildə o, yüngül hərbi-nəqliyyat təyyarələri üzrə müsabiqənin qalibi olsa da Rusiyanın müdafiə nazirliyi sonradan layihəni bağlamaq fikrinə düşüb və Ukraynadan An-140 təyyarələri alıb.
Sonradan təyyarə üzərində iş yenidən bərpa olunub.
Rusiya ordusu üçün 150 belə təyyarə nəzərdə tutulur və onların 80 faizi artıq 2030-cu ilədək ordu sıralarında olmalıdır.
Qeyd edək ki, Rusiya bundan əvvəl 2007-ci illdə “sıfırdan”, öz istehsalı olan “Suxoy Supercet” və “Irkut MC-21” sərnişin təyyarələrini buraxıb.