Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:06

ABŞ ‘fövqəladə ehtiyac’ olmayan hökumət işçilərini İraqdan çıxarır


İraqın Baş naziri Adel Abdul Mahdi (sağda) Mike Pompeo ilə görüşür, 9 may, 2019-cu il
İraqın Baş naziri Adel Abdul Mahdi (sağda) Mike Pompeo ilə görüşür, 9 may, 2019-cu il

Dövlət Departamenti qonşu İranla gərginliyin artdığı bir dönəmdə ‘fövqəladə ehtiyac’ olmayan hökumət işçilərinin İraqdan çıxmasına göstəriş verib. Məlumatı Bağdaddakı ABŞ səfirliyi yayıb.

Səfirliyin mayın 15-də yaydığı bəyanatda deyilir ki, göstəriş həm səfirlikdəki, həm də Birləşmiş Ştatların Ərbil şəhərindəki konsulluğunun işçilərinə aiddir. Ərbil İraqın kürd muxtar regionunun paytaxtıdır.

“Hər iki postda normal viza xidmətləri müvəqqəti dayandırılır. ABŞ hökuməti İraqdakı ABŞ vətəndaşlarına fövqəladə xidmət göstərməyi məhdudlaşdırıb”, – bəyanatda vurğulanır.

Göstərişdə aidiyyatı olan şəxslərdən “mümkün qədər tez kommersiya nəqliyyatı ilə getmək” tövsiyə olunur.

Bağdadda ABŞ səfirliyi
Bağdadda ABŞ səfirliyi

Mayın 12-də Bağdaddakı səfirlik ABŞ vətəndaşlarına İraqa getməməyi tövsiyə etmişdi, bu ölkədə “durumun gərginləşməsi” bildirilirdi.

Ancaq təhdidlər barədə detallı informasiya verilmirdi.

Ötən həftə ABŞ Dövlət katibi Mike Pompeo Bağdada qəfil səfər etdi. O, İraq rəsmiləri ilə İranın fəaliyyətinin “qızışması” fonunda ABŞ-ın təhlükəsizlik baxımından narahatlıqlarını müzakirə etdi.

Bu səfərdən öncə Vaşinqton Yaxın Şərqə təyyarədaşıyan gəmi qrupu yolladığını açıqladı. ABŞ rəsmisi bu addımın İranın regionda Birləşmiş Ştatlar və müttəfiqlərinin maraqlarına yaratdığı təhdidə cavab olaraq atıldığını bildirdi.

***

İran isə iddiaları rədd edərək nüvə sazişi çərçivəsindəki bəzi öhdəliklərini təxirə saldığını elan edib. Vaşinqton ötən il sazişdən çıxıb və Tehrana sanksiyaların bərpa olunduğunu açıqlayıb.

Mayın 14-də ABŞ Dövlət katibi Mike Pompeo və İranın Ali dini lideri Ayətulla Ali Khamenei ölkələrinin müharibə istəmədiyini bəyan ediblər.

Bu bəyanatlardan öncə Yəməndə İranın dəstəklədiyi husi şiəməzhəb yarqlıları Səudiyyə Ərəbistanının neft obyektlərinə dron zərbəsi endiriblər.

Hökumətin nəzarətində olan Saudi Aramco şirkəti yanğının nasos stansiyasına kiçik ziyan vurduğunu bildirib.

XS
SM
MD
LG