Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:27

Populistlərə səs vermək elə Putinə səs verməkdir – Qərb mediası


Varşavada millətçilərin yrürüşü, arxiv fotosu
Varşavada millətçilərin yrürüşü, arxiv fotosu

İllər boyu Avropanın populist və ifrat-sağçı partiyalarının Rusiya Prezidenti Vladimir Putinə sədaqəti və borclarına dair dəlil üst-üstə qalaqlanıb. İndi isə Kreml Avropa Parlamentinə seçkiləri öz namizədlərinin xeyrinə fırlatmaqla məşğuldur və cavab zərbəsi endirmək avropalı seçicilərin payına düşür. Bunu “Project Syndicate” portalında Belçikanın keçmiş baş naziri Guy Verhofstadt yazır.

Mayın 23-dən 26-dək keçiriləcək seçkilərə Avropa Birliyinin taleyini həll edəcək dönüş nöqtəsi kimi baxırlar.

“İllər boyu Avropa Parlamentindəki ifrat-sağçı deputatların “anti-Rusiya” hesab olunacaq istənilən qətnamənin əleyhinə səs verdiyini görmüşəm. Hətta ötən il İngiltərənin Solsberi şəhərində kimyəvi silah hücumuna görə Kremlin pisləndiyini qətnaməyə səsvermə zamanı da belə oldu… Bu deputatlar əslində, Rusiyanın Avropa Birliyi daxilindəki beşinci kolonuna çevriliblər. Onlar Avropanın ümumi problemlərə reaksiya vermək bacarığını azaltmaqdan ötrü əllərindən gələni edəcəklər və beləliklə də qitəni geriyə aparacaqlar”, – yazan müəllif bu fəaliyyətin əvəzində ifrat-sağçı siyasətçilərə Rusiya qurumları tərəfindən maliyyə təklif olunduğunu vurğulayır. Məsələn, 2014-cü ildən Fransanın millətçi siyasətçisi Marine Le Pen-in partiyası Rusiya bankından milyonlarla dollar kredit alıb.

Marine Le Pen Vladimir Putin-lə görüşdə, mart, 2017-ci il
Marine Le Pen Vladimir Putin-lə görüşdə, mart, 2017-ci il

Məqalədə deyilir ki, Rusiyanın pulu, dəstəyi, seçkiyə müdaxiləsi avropalı populistlərin və millətçilərin xeyli irəliləməsinə səbəb olub. Üstəlik, həmin ölkələrdə elektorat da xeyli qütbləşib.

“Qərb cəmiyyətlərini parçalamaq, bir-birinə qarşı qoymaq Rusiyanın təhlükəsizlik strategiyasının sütunudur. İndi Avropanın digər ölkələri qarşısında duran sual onların da Britaniyanın gücsüz qəzəb və milli özünüməhv yoluyla gedib-getməyəcəyidir. Sonucda Avropanın və Qərbin gələcəyi Putin-dən asılı deyil: bizdən – bu həftə seçkilərə gedən avropalı seçicilərdən asılıdır”, – müəllif vurğulayır və seçiciləri Putinin oyuncağına çevrilməməyə çağırır.

Çində investor, arxiv fotosu
Çində investor, arxiv fotosu

Bu il dünya iqtisadiyyatında 3,2 faizlik artım gözlənir

2018-ci ilin sonunda qlobal artım kəskin yavaşıyıb və hazırda orta səviyyədə sabitləşməkdədir. Ticarət münaqişələrinin qızışması, təhlükəli maliyyə zəiflikləri dünyada sərmayə və inama zərbə vura bilər. Bunu OECD təşkilatı son İqtisadi İcmalında bildirir.

Qurum növbəti iki il ərzində qlobal iqtisadiyyatda orta, ancaq kövrək artım baş verəcəyini qeyd edir. Zəifliklər isə ticari gərginliklərdən, siyasi qeyri-müəyyənlikdən, maliyyə bazarlarından risklərdən, Çində iqtisadi yavaşımadan qaynaqlanır.

OECD-nin proqnozuna görə, bu il qlobal iqtisadiyyat 3,2 faiz artacaq, gələnilki artım isə 3,4 faiz olacaq. Qurum həmçinin mövcud artım səviyyəsini işlə təminat, yaxud həyat standartlarında əməlli yaxşılaşdırmaya səbəb olmaqdan ötrü yetərli saymır.

Çinin qlobal iqtisadi artımda vacib rol oynadığı vurğulanır.

Ukraynada həbsxana
Ukraynada həbsxana

11 milyon çox adam həbsdədir

Ötən il dünyada 11 milyondan çox adam həbsdə olub. Onların içində barəsində həbs qətimkan tədbiri seçilənlər də var, təqsirli bilinəndən sonra cəzasını çəkənlər də. Kriminal Siyasət Araşdırmaları İnstitutu (ICPR) 2018-ci il üzrə Dünyanın Həbsxana Əhalisi Siyahısını açıqlayıb.

Dünyadakı məhbusların demək olar yarısı cəmi dörd ölkədədir – ABŞ, Çin, Rusiya və Braziliyada.

2000-ci ildən bəri Okeaniyada həbsxana sakinlərinin sayı 86 faiz, Amerikalarda 41 faiz, Asiyada 38 faiz, Afrikada 29 faiz artıb. Cənubi Amerikada 175 faiz, Cənub-şərqi Asiyada 122 faizlik artım qeydə alınıb.

Avropada isə məhbusların sayı 22 faiz azalıb. Rusiyada azalma 45 faizdir.

Rusiyada məhbusların ciddi şəkildə azalması son yeddi il ərzində 93 həbsxananın bağlanması ilə nəticələnib.

ABŞ məhbus sayına görə dünya birinciliyini saxlayır, hər 100 min əhaliyə 675 məhbus düşür.

XS
SM
MD
LG