Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:17

Məkkə sammitində İranı pisləyirlər


BƏƏ sahillərində neft tankeri
BƏƏ sahillərində neft tankeri

Səudiyyə Ərəbistanının Kralı Salman beynəlxalq ictimaiyyəti “İran rejiminin başqa ölkələrin daxili işlərinə müdaxiləsini bütün vasitələrlə dayandırmağa” çağırıb. Bu çağırış ərəb liderlərinin Məkkədə keçirilən fövqəladə sammitində səsləndirilib.

Mayın 30-da çıxış edən kral İranı “qlobal və regional terroru birlikləri himayədə, beynəlxalq su yollarına təhdid yaratmaqda” suçlayıb.

İslamın ən müqəddəs şəhərində keçirilən sammit mayın 30-da başlanıb, 31-i səhərədək davam edib.

Bu arada İranla Birləşmiş Ştatlar və onun ərəb müttəfiqləri arasında gərginlik yeni səviyyəyə yüksəlməkdədir. Səudiyyə Ərəbistanında neft obyektlərinə və BƏƏ sahillərində neft tankerlərinə hücumlardan sonra durum daha da qızışıb. Birləşmiş Ştatlar və ərəb ölkələri hücumlara görə İranı və onun regionda dəstəklədiyi qüvvələri ittiham edir. Tehran isə insidentlərdə əli olmadığını deyir.

Kral Salman
Kral Salman

Yekun kommunike qəbul olunub

Körfəz Əməkdaşlıq Şurasının yekun kommunikesində Səudiyyə Ərəbistanı və BƏƏ-nin hücumlardan öz maraqlarını qorumaq hüququ dəstəklənir.

“İran ərəb dövlətlərinin suverenliyinə sayqı göstərməli, digər ölkələrin işlərinə müdaxiləni dayandırmalıdır, bu, regionda təhlükəsizlik və sabitliyə təhdid yaradır”, – liderlər Ərəb Liqasının Baş katibi Ahmed Aboul Gheit tərəfindən oxunan bəyanatda vurğulayıblar.

Ancaq sammitdə tam yekdillik olmayıb, İraq ərəb kommunikesinə qarşı çıxdığını deyib.

Həm Qərb, həm də Tehranla münasibətləri yaxşı olan İraqın Prezidenti Barham Salih deyib ki, İranda təhlükəsizlik və sabitlik bütün müsəlman və ərəb ölkələrin marağındadır.

“Ümid edirik, onun təhlükəsizliyi hədəfə alınmayıb, çünki İranla 1400 kilometrlik sərhədimiz və müxtəlif sahələrdə münasibətlərimiz var”, – o vurğulayıb.

İraq regiondakı gərginliyi azaltmaq məqsədilə Birləşmiş Ştatlar və İran arasında vasitəçilik təklif edib.

İranla Birləşmiş Ştatların münasibətləri son bir ildə daha da pisləşib. Vaşinqton İranla 2015-ci il nüvə sazişindən çıxandan sonra iqtisadi sanksiyaları bərpa edib.

ABŞ Prezidenti Donald Trump bu həftə deyib ki, ölkəsi “İranı qətiyyən incitmək fikrində deyil”.

“Biz rejimi dəyişməyə çalışmırıq. Biz nüvə silahlarının olmamasını istəyirik”, – o vurğulayıb.

Mayın 31-də Məkkədə ərəb ölkələrinin daha bir sammiti keçiriləcək. Bu toplantıda əsas müzakirə mövzusu Fələstinin dövlətçilik və müstəqillik niyyətləri olacaq.

XS
SM
MD
LG