Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:00

Prezident Trump Britaniya kraliçası ilə görüşüb


ABŞ prezidenti Donald Trump və birinci ledi Melania Trump Londonda kraliça II Elizabeth-lə görüşüblər.

Xəbər verilir ki, ABŞ prezidentinin Britaniyaya üçgünlük səfərinin ilk günündə, iyunun 3-də kraliça II Elizabeth ər-arvad Trump-ları Bukingem sarayında qəbul edib. Qəbulun ardınca Britaniya monarxı qonaqların şərəfinə özəl nahar ziyafəti verib.

Donald və Melania Trump Uestminister abbatlığındakı naməlum döyüşçü məqbərəsinə əklil qoyublar. Bu mərasimin ardınca Bukingem sarayında rəsmi banket olub.

Bu ziyafətdə Britaniya kraliçası ABŞ prezidenti və onun xanımının şərəfinə badə qaldırıb, iki ölkə arasında münasibətlərin gücləndirilməsinin mühümlüyündın danışıb:

"Biz bu axşam onilliklərdir ki, xalqlarımızın təhlükəsizliyi və firavanlığının təminatı olmuş müttəfiqlyimizi qeyd edirik. Mən inanıram ki, bu ittifaq qarşıdan gələn illərdə də davam edəcək”.

Trump II Dünya Müharibəsini yada salaraq deyib ki, “bizim xalqlarımız arasındakı bağlar bu böyük zəfərlə möhürlənib”.

Donald Trump-ın Britaniyaya səfəri bu ölkənin həyatında böyük siyasi böhranın yaşandığı bir vaxta təsadüf eir.

Hazırda Britaniyanın Avropa İttifaqından ayrılması prosesi ləngidilib və baş nazir Theresa May istefasını elan edib.

Trump-ın Breksit haqqında dedikləri Britaniyada birmənalı qarşılanmayıb.

***

Kraliça II Yelizaveta (Elizabeth II) və Şahzadə Çarlz (Charles) iyunun 3-də Bukinqem sarayında ABŞ Prezidenti Donald Trump və həyat yoldaşı Melania ilə görüşüblər.

Trump Britaniyaya çatar-çatmaz London meri Sadiq Khan-ı “buz kimi soyuq luzer” adlandırıb. Buna Khan-ın Amerika prezidenti üçün qırmızı xalça sərilməsini tənqid etməsi səbəb olub.

***

İyunun 3-də ABŞ Prezidenti Donald Trump-ın Britaniyaya üçgünlük səfəri başlanır. O, kral ailəsi ilə görüşəcək, Bukinqem sarayında Kraliça II Yelizaveta ilə nahar edəcək və daha sonra dövlət banketinə qatılacaq.

Bu arada Britaniyada siyasi böhran yaşanmaqdadır. Ölkənin Avropa Birliyindən çıxması yubanır, Baş nazir Theresa May isə istefa qərarı verib.

Səfərindən öncə Trump deyib ki, keçmiş xarici işlər naziri Boris Johnson May-i əvəzləməyə “əla” seçim ola bilər.

O həmçinin əlavə edib ki, May-in varisi Brüssellə danışıqlardan çıxa, birlikdən çıxmağa görə ödənişi etməyə, AB-ni sazişsiz tərk edə bilər.

Trump kraliça ilə banketdə olduğu vaxtda yüzlərlə etitrazçı yaxınlıqdakı Parlament meydanında “xalq banketi” planlaşdırır.

Trump səfəri zamanı May ilə də görüşəcək.

ABŞ Prezidentinin daha sonra İrlandiya və Fransaya səfər edəcəyi gözlənir.

XS
SM
MD
LG