Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:05

Trump İranla danışıqlara hazırdır, amma…


Donald Trump
Donald Trump

ABŞ Prezidenti Donald Trump deyir ki, İranla danışıqlara hazırdır, ancaq Birləşmiş Ştatlar Tehrana qarşı istənilən vaxt hərbi addım da ata bilər.

“Mən vəzifəyə gələndə İran aşırı səviyyədə düşmən mövqedə idi. Onlar o zaman dünyada bir nömrəli terrorçu dövlət idilər və yəqin, indi də elədirlər”, – Britaniyada səfərdə olan Trump iyunun 5-də ITV televiziyasına deyib.

Hərbi addımım gərəkliliyi ilə bağlı sualı o belı cavablandırıb: “Bu fürsət həmişə qalır. Bunu istəyirəmmi? Xeyir. İstəməzdim. Ancaq fürsət qalır”.

“Daha çox danışmaq istərdim”

O, İran Prezidenti Hassan Rohani ilə danışıqlara hazır olduğunu bildirib: “Əlbəttə, daha çox danışıq istərdim”.

Ayətulla Ali Khamenei
Ayətulla Ali Khamenei

Bu arada İranın Birləşmiş Ştatlar və Fars Körfəzindəki müttəfiqləri ilə münasibətlərində gərginlik artıb.

Ötən il Vaşinqton İranla 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxıb. Saziş Tehranın nüvə proqramını məhdudlaşdırması əvəzində iqtisadi sanksiyaların məhdudlaşdırılmasını nəzərdə tuturdu.

Trump sazişin İranın nüvə silahları hazırlamasını, raket proqramını, regionda yaraqlılara dəstəyini əhatələmədiyini deyirdi.

Vaşinqton sazişdən çıxınca sanksiyaları bərpa edib, Yaxın Şərqdə hərbi iştirakını gücləndirib, İrandan “təhdidlər”in olduğunu bildirib.

İranın Ali dini lideri Ayətulla Ali Khamenei iyunun 5-də vurğulayıb ki, Tehran Trump-ın danışıqlar təklifinə “aldanmayacaq” və raket proqramından əl çəkməyəcək.

“Bu siyasi hiylə İran rəsmilərini və İran xalqını aldatmayacaq”, – Khamenei İran televiziyası ilə çıxışında deyib.

XS
SM
MD
LG