Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:10

Putin Birləşmiş Ştatları sərt tənqid edir


Vladimir Putin forumda
Vladimir Putin forumda

Birləşmiş Ştatlar bütün dünyaya “yurisdiksiyasını yaymağa” çalışır. Bunu deyən Rusiya Prezidenti Vladimir Putin Vaşinqtonu ticarət müharibələri və real müharibələr püskürtmək riski yaratmaqda suçlayıb.

Putinin iyunun 7-də Sankt Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxış edib. Bu illik tədbir vasitəsilə adətən o, Rusiyanın imicini cilalamağa, ölkəyə investisiya cəlb etməyə çalışır.

Calvey bəyanat verib

Üçgünlük konfransda Çin Prezidenti Xi Jinping də iştirak edir. Ancaq ABŞ səfiri forumu boykot edib, amerikalı investor Michael Calvey-nin "əsassız" ittihamlarla saxlanmasına etirazını bildirib.

Michael Calvey məhkəmədə
Michael Calvey məhkəmədə

Putinin çıxışından az öncə Calvey-nin vəkili deyib ki, amerikalı foruma qatıla bilməsindən ötrü hüquq-mühafizə orqanlarından ev dustaqlığından müvəqqəti buraxılmasını xahiş edib, ancaq “özündən asılı olmayan səbəblərdən” bunu edə bilməyəcək.

Calvey foruma qatıla bilməməsindən təəssüfünü bildirib, biznes icmasına “güclü həmrəylik və dəstəyə” görə təşəkkür edib, həbsdə məhkəməsini gözləyən dörd həmkarı sarıdan narahatlığını dilə gətirib.

Moskvada mənzillənən Baring Vostok Capital Partners investisiya şirkətini 1994-cü ildə qurmuş Calvey-nin həbsi qərbli investorları çaşdırıb, Rusiya biznes liderləri və hökumət rəsmilərindən ən yüksək səviyyədə şikayətlərə səbəb olub. Onlar məhkəmələrin və prokurorların motivasiyaları barədə suallar qaldırıblar.

Moskva məhkəməsi apreldə Calvey barəsində həbs qətimkan tədbirini ləğv edib, ev dustaqlığı seçib.

XS
SM
MD
LG