Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 04:20

'Quran'la zarafata görə məhkumluğu qaldırıldı


"Quran" oxuyan misirli, arxiv fotosu
"Quran" oxuyan misirli, arxiv fotosu

Moskvada məhkəmə videoblogegr Ilya Maddyson-un (əsl soyadı Davydov-dur) şikayətini təmin edib, məhkumluğunu götürüb. Bu haqda Moskva Tuşinski məhkəməsinin saytında məlumat yerləşdirilib.

Məhkumluğun qaldırılması Cinayət Məcəlləsinin ekstremizmlə bağlı maddəsinin dekriminallaşdırılması sayəsində mümkün olub.

Videobloqerin işi haqda məlumat ilk dəfə 2017-ci ilin fevralında yayılıb. Çeçenistan prokurorluğu “Quran haqda zarafat” videorolikinə görə cinayət işi qaldırıb. Rolikdə Maddyson danışır ki, "Quran"la tualetə gedib, ancaq orada tualet kağızı olmayıb. O, daha sonra əlində İncili tutduğunu söyləyib. 2017-ci ilin aprelində Ədliyyə Nazirliyi bu videoroliki ekstremist materiallar siyahısına salıb.

İttihamnaməyə görə, psixolinqvistik ekspertiza müəyyənləşdirib ki, rolikdə “islam və xristianlıq dinləri ilə əlaqəsi olan adamları və qrupları aşağılayan hərəkətlər, ifadələr” olub.

2017-ci ilin iyununda Qroznı məhkəməsi Maddyson-un “Maddyson İslam, Quran və müsəlmanlar barədə” adlı videosunu da ekstremist sayıb.

Bloqer bundan sonra təhdidlər aldığını bildirib, qohumları onun hətta bir müddət Rusiyadan getdiyini deyib. Davydov daha sonra roliklərində "Quran"la bağlı dediklərinə görə üzr istəyib.

XS
SM
MD
LG