Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 21:02

Saakashvili-nin partiyasının sənədlərinə yenidən baxılacaq


Mikheil Saakashvili (ortada)
Mikheil Saakashvili (ortada)

Mikheil Saakashvili-nin “Yeni qüvvələr hərəkatı” partiyasının Ali Radaya növbədənkənar seçkilərə qeydiyyat sənədlərinə yenidən baxılacaq. Kiyev administrativ məhkəməsi Ukraynanın Mərkəzi Seçki Komissiyasının (MSK) üzərinə belə bir öhdəlik qoyub.

“Biz qalib gəldik. Məhkəmə bizi dəstəklədi. Seçkiyə gedirik”, – Saakashvili Facebook-da yazıb.

Namizədlərin qeydiyyatı iyunun 25-də bitib. Həmin gün axşam “Yeni qüvvələr hərəkatı”nın üzvləri və tərəfdarları MSK-nın binasına gedərək məhkəmə qərarının icrasını, namizədlərinin qeydiyyatı məsələsinə yenidən baxılmasını tələb ediblər. Binaya polis əməkdaşları çağırılıb.

Ali Radanın (Verkhovna Rada) iclası, arxiv fotosu
Ali Radanın (Verkhovna Rada) iclası, arxiv fotosu

MSK qaydaların pozulduğunu deyir

MSK iyunun 24-də sözügedən partiyanın namizədlərini qeydiyyata almaqdan imtina edib. MSK belə hesab edir ki, namizədlərinin siyahısının təsdiqləndiyi qurultayda onun nizamnamə qaydaları pozulub.

Bundan öncə Kiyev məhkəməsi Mikheil Saakashvili-yə Ali Rada deputatlığına namizəd olmağa icazə verib. Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Saakashvili Ukraynada Volodymyr Zelenskiy prezident seçiləndən sonra bu ölkəyə qayıda bilib.

Qanuna görə, seçkidə iştirak etməkdən ötrü namizəd son 5 ili Ukrayna ərazisində yaşamalıdır. Saakashvili formal olaraq bu tələbə əməl etməyib, ötən ilin fevralında ölkədən deportasiya olunub. Ondan öncə isə Ukrayna vətəndaşlığı alınmışdı.

Növbədənkənar parlament seçkisinə birmandatlı dairələr üzrə 841, partiya siyahıları üzrə 339 namizəd qeydiyyata alınıb, seçki komissiyası belə deyir.

Ali Radaya növbədənkənar seçki iyulun 21-nə planlaşdırılır.

XS
SM
MD
LG