Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 16:54

Həlak olmuş dənizçilərə dövlət mükafatı veriləcək


Severomorsk şəhərində sualtı gəmi
Severomorsk şəhərində sualtı gəmi

Rusiyanın Müdafiə naziri Sergeu Shoigy iyulun 2-də həlak olmuş dənizçiləri “nadir hərbi mütəxəssislər” adlandırıb, onların adlarının dövlət mükafatına təqdim olunacağını deyib.

Shoigu Barents dənizində baş vermiş faciədən bir neçə heyət üzvü və bir mülki şəxsin salamat çıxdığını deyib, amma ümumilikdə neçə adamın xilas olduğunu açıqlamayıb.

Nazirin bildirməsinə görə, ölənlərdən yeddisi birinci dərəcəli kapitan, üçü ikinci dərəcəli kapitan, ikisi isə Rusiya Qəhrəmanı olub.

“Baza” nəşri Rusiya Qəhrəmanlarının birinci dərəcəli kapitanlar Denis Dolonsky və Nikolai Filin olduğunu yazır.

***

Rusiyanın Müdafiə naziri Sergei Shoigu ölkənin şimalındakı donanma bazasına çatıb. O, sualtı gəmidə baş vermiş yanğının araşdırılmasına nəzarət edəcək.

Kremlin sözçüsü Dmitry Peskov isə iyulun 3-də jurnalistlərə deyib ki, hadisəylə bağlı bəzi informasiya məxfi sayılır, açıqlanmayacaq.

***

Sualtı gəmidə ölən 14 dənizçidən ikisi Rusiya Qəhrəmanıdır

Rusiya prezidenti Vladimir Putin ölkənin müdafiə nazirini ölkənin şimalında sualtı gəmidə baş vermis faciəni araşdırmağa göndərib. Sualtı gəmidə baş vermis yanğın nəticəsində 14 dənizçi həlak olub.

Vladimir Putin (solda) və Sergei Shoigu
Vladimir Putin (solda) və Sergei Shoigu

Putin iyulun 2-də bu qəzanı “dəhşətli itki” adlandırıb və müdafiə naziri Sergei Shoigu-ya qəzanın səbəblərini yerində öyrənməyi tapşırıb.

Prezident bunu da deyib ki, Barents dənizində sualtı gəmidə baş vermis yanğında ölən 14 dənizçidən ikisi Rusiya Qəhrəmanıdır.

Putin bundan başqa İstintaq Komitəsinə “faciənin arxasındakı səbəbləri dəqiqiliklə aşkar etmək” göstərişi verib.

***

Rusiyanın Müdafiə Nazirliyi bildirir ki, onun dərin su tədqiqatı gəmilərindən birində baş vermis yanğın nəticəsində heyətin 14 üzvü həlak olub.

Nazirlik iyulun 2-də məlumat verib ki, faciə iyulun 1-də gəmi Rusiyanın ərazi sularında tədqiqat işi apararkən baş verib.

Rusiyanın RBK xəbər agentliyinin hərbi mənbəyə istinadən verdiyi məlumatda deyilir ki, Loşarik AS-12 nüvə mühərrikli sualtı qayıqdır.

Rusiya Müdafiə Nazirliyi nüvə məsələsinin üstündən sükutla keçib.

Loşarik gəmisi ilk dəfə 2000-ci illərdə istismara veriləndə son dərəcə məxfi obyekt sayılırdı.

Bəzi mənbələrə görə gəmi 2500 metr dərinə enməyə qabildir.

RBK bildirir ki, hadisə iyulun 1-də axşam saatlarında baş verib.

Norveç Radiasiya və Nüvə Təhlükəsizliyi Bürosunun direktoru Per Strand Reuters agentliyinə bildirib ki, Rusiya sualtı qayığının qəzaya uğradığı sahədə radiasiya səviyyəsinin yüksəlməsi qeydə alınmayıb.

Müdafiə Nazirliyi bildirib ki, dənizçilərin ölümünə səbəb yanğın məhsulu olan qazlardan boğulma olub. Gəmi okean dibinin biometrik ölçülərini götürürdü.

Rəsmilər bildirirlər ki, sualtı qayıq hazırda Barents sahilindəki Murmansk şəhəri yaxınlığında, Severomorsk dəniz bazasındadır.

Yanğının təhqiqatına başlanıb.

2000-ci ildə Kursk atom sualtı gəmisinin batması nəticəsində 118 nəfərdən ibarət heyət həlak olmuşdu.

Barents gəmisində qəza iki partlayışın baş verməsi nəticəsində olmuşdu.

XS
SM
MD
LG