Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:15

Atambaev saxlana bilər


Almazbek Atambaev Bişkekdə mitinqdə
Almazbek Atambaev Bişkekdə mitinqdə

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambaev Daxili İşlər Nazirliyinin ikinci çağırışını da rədd edib, dindirməyə getməyib. İndi hakimiyyət onu dindirmək üçün saxlaya bilər.

Nazirlik rəsmiləri ikinci çağırış vərəqəsini Atambaev-in evinə iyulun 10-da axşam çatdırıblar. Onun iyulun 11-də polisə gedərək bir cinayət işi üzrə “şahid kimi” ifadə verməsi istənilirdi.

Atambaev-in vəkili Sergei Slesarev iyulun 11-də AzadlıqRadiosu-na (RFE/RL) müsahibəsində müştərisinin mövqeyini bir daha səsləndirib, onun toxunulmazlığının ləğvini qanunsuz adlandırıb.

***

Atambaev dindirilməyə getməyib

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambaev Daxili İşlər Nazirliyinə dindirilməyə getməyib. Nazirlik rəsmiləri çağırış vərəqəsini iyulun 8-də axşam Atambaev-in Bişkek yaxınlığındakı Koi-Taş kəndindəki evinə çatdırmışdılar.

Sənəddə onun iyulun 9-da polisə gedərək bir cinayət işi üzrə “şahid kimi” ifadə verməsi istənilirdi, ancaq işin detalları açıqlanmırdı.

Atambaev 2011-2017-ci illərdə prezident olduğu dövrdə beş maddə üzrə ittiham olunur, buraya korrupsiya, vəzifədən sui-istifadə, qanunsuz varlanma da daxildir.

Keçmiş prezident bütün ittihamları rədd edir, siyasi motivli adlandırır.

Atambaev çağırış vərəqəsini alandan sonra iqamətgahı yaxınlığına yığışmış onlarla tərəfdarına deyib ki, Daxili İşlər Nazirliyinə getməyəcək, çünki “hakimiyyət əvvəlcə qanunsuz qərarlarını düzəltməlidir”.

Almazbek Atambayev-ə dəstək mitinqi
Almazbek Atambayev-ə dəstək mitinqi

İyulun 8-də Atambaev-ə birinci çağırış vərəqəsi göndərilib. Qırğızıstan qanunvericiliyinə görə, iki dəfə çağırış vərəqəsinə əməl etməyənlər dindirilmək üçün saxlana bilərlər.

İyulun 9-da Atambev-in vəkili Sergei Slesarev AzadlıqRadiosu-na (RFE/RL) müsahibəsində deyib ki, nə o, nə də Atambaev polisə gedəcək.

Slesarev iyunun 27-də Atambaev-in toxunulmazlığının alındığı parlament səsverməsini qanunsuz adlandırıb.

Vəkilin sözlərinə görə, mayda keçmiş prezidentlərin toxunulmazlığı ilə bağlı qanuna edilmiş dəyişikliklər konstitusiyaya ziddir.

Deputatlar Atambaev-in toxunulmazlığını ləğv edərək ona qarşı cinayət təqibinə yol açıblar.

Atambaev iyunun 27-dən bəri Koi-Taşdakı iqamətgahında yaşayır. O, açıq şəkildə bildirib ki, silahı yoxdur.

İyulun 3-də keçmiş prezident Bişkekdə yürüşdə danışmaq üçün iqamətgahından çıxıb. Yürüş zamanı minədək tərəfdarı ona qarşı ittihamların ləğvni tələb edib.

XS
SM
MD
LG