Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 16:27

Bir ildən sonra kosmosa turist səfərləri başlana bilər


Virgin Galactic-in təyyarəsinin sınaq uçuşu, 13 dekabr, 2018-ci il
Virgin Galactic-in təyyarəsinin sınaq uçuşu, 13 dekabr, 2018-ci il

Britaniyalı milyarder Richard Branson-un Virgin Galactic şirkəti bir ildən sonra kosmosa turist səfərləri başlatmaq niyyətindədir.

Bu ideyanın həyata keçirilməsindən ötrü şirkətin səhmləri birjalara yerləşdirilməli, uçuşların maliyyələşdirilməsi üçün gərəkən kapital toplanmalıdır. Şirkətin səhmləri birjalara bu il çıxacaq.

Şirkət menecer Hamat Palikhapitiya-nın sözlərinə görə, bu turizm növü bircə illiyə gəlir gətirəcək. Şirkətin suborbital təyyarəsində bir yerin qiyməti 250 min dollar olacaq, uçuş 2 saatdan bir az çox çəkəcək.

Sərnişin daşıma üçün nəzərdə tutulmuş Hyperloop kapsulu
Sərnişin daşıma üçün nəzərdə tutulmuş Hyperloop kapsulu

Qiymətin bahalığına baxmayaraq, artıq 2500-dən çox adam uçuşlarda iştirak üçün ərizə verib. Bu da kosmik turizmin gəlirli olacağı sarıdan şirkətin əminliyini artırır.

İlin əvvəlində Virgin Galactic suborbital yüksəklikdə iki uçuş həyata keçirib, onlara 5 nəfər qatılıb və hər iki uçuş uğurlu olub.

Virgin Galactic-in Unity adlı kosmik gəmisinə iki pilot və altı sərnişin yerləşir. Unity-nin raket mühərriki 13 km yüksəklikdə işə düşür və aparat təyyarədən ayrılır. Bundan sonra təyyarə səs sürətindən üç dəfə artıq sürət yığır və tədricən 100 km-ə yaxın yüksəkliyə çatır və artıq Yer görünməyə başlayır. Sərnişinlər bu zaman çəkisizlik hiss edirlər.

Palikhapitiya şirkətin hipersəs sərnişin daşımaları ilə məşğul olmaq niyyətindən də söz açıb. Ancaq bu nəqliyyat növü 10 ildən tez real görünmür. Məsələn, nəzəri olaraq Nyu Yorkdan Şanxaya 40 dəqiqəyə çatmağın mümkünlüyü səsləndirilir. Tu-144 təyyarəsi maksimum sürətlə belə bir uçuşu azı 5 saata gerçəkləşdirə bilər.

Virgin Group-un sədri Richard Branson-un sözlərinə görə, kosmik turizm başlanğıcda kommersiya aviasiyasının ilkin dövrünə bənzəyir. O zaman trans-Atlantik uçuşlar bir neçə yüz min dollara baş gəlirdi. Onun fikrincə, kosmik turizmin qiymətləri kommersiya aviasiyasında olduğundan daha sürətlə düşəcək.

XS
SM
MD
LG