Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 14:05

Putin Gürcüstandan səslənən söyüşə qarşı niyə yumşaq mövqe tutdu?


Bugünlər az qala bütün Rusiya mediası Gürcüstan telekanallarından birinin aparıcısı tərəfindən Rusiya prezidentinin ən pis şəkildə təhqir olunmasına rəğmən prezident Vladimir Putinin Tbilisiyə münasibətdə barışdırıcı münasibətinin səbəblərini müzakirə edir.

Gürcüstana qarşı sərt tədbirlərin görülməsini habelə Rusiya Dumasının spikeri Volodin təklif edib:

Rusiya Dövlət Duması Gürcüstanın cəzalandırılması məqsədilə gürcü şərabına və Borjomi sularına sanksiya qoyulmasını istəyib.

Lakin millət vəkillərinin arasında ən uzağa gedəni senator Arsen Fadeyev olub. O Gürcüstan jurnalisti Gabunia-nın edamına çağırıb.

Rusiya Dövlət Dumasının Gürcüstana ən ağır sanksiyalar qoyulmasına, hətta Putini söyən gürcü jurnalistin ekstradisiyasına dair rəy söyləməsinə baxmayaraq, Putin Tbilisyə qarşı sanksiyaların əleyhinə olduğunu deyib.

Rusiyada bir çox təhlilçilər Kremlin “dövlət təhqirinə” reaksiyasını paradoksal adlandırırlar.

AzadlıqRadiosu yazır ki, məsələn Rusiyanın İjevsk şəhərində iyulun 10-da bir yerli sakini 30 min rubl cərimə ediblər.

O Udmurtiya başçısı Alexander Brechalovu Instagramda ana söyüşü ilə təhqir etməkdə ittiham olunurdu.

Belə bir şəraitdə Moskvanın Gürcüstandan səslənən təhqirə yumşaq reaksiyası təəccüb doğurur.

​Rusiyalı politoloqlardan Aleksey Lapshin bildirir ki, Gürcüstanla son qarşıdurmada Rusiya hakimiyyəti sadəcə olaraq dalana düşüb.

Politoloq deyir ki, indiki vəziyyətdə Gürcüstana qarşı sanksiyaların elan edilməsi moskvayönlü Bidzina Ivanishvilinin mövqelərini zəiflədərdi.

Politoloqun fikrincə bu oliqarxın yıxılması Gürcüstanda hakimiyyətə anti-Kreml qüvvələrinin gəlməsi ilə nəticələnə bilərdi.

Lapshin bildirib ki, Gürcüstana qarşı sanksiyalar ilk növbədə Gürcüstanda iş görən Rusiya biznesmenlərinə zərbə olardı.

Politoloq Vladimir Putinin ana söyüşünə qarşı “yumşaqlığını” belə izah edir.

Bu əsnada Dumanın kəskin reaksiyasını isə Lapshin “siyasi tamaşa” adlandırır.

XS
SM
MD
LG