Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:24

İki iranlı fəal azadlıqdan məhrum edilib


Həbsxana
Həbsxana

İranda 26 saylı İnqilab Məhkəməsi iki türk (azərbaycanlı) fəal barədə hökm çıxarıb. Söhbət Kiyanuş Aslani Tohid Aminidən gedir. Bu haqda məlumatı AzadlıqRadiosuna əslən İrandan olan, hazırda Almaniyada yaşayan vəkil Nağı Mahmudi verib.

T.Amini 9 il, K.Aslani 5 il azadlıqdan məhrum edilib. Bununla yanaşı, K.Aslaninin bütün ictimai fəaliyyətinə ikiillik qadağa qoyulduğu bildirilir.

N.Mahmudi həmin gənclərin ötən il beynəlxalq Ana Dili Günündə Tehranda Azərbaycan türkcəsində çağırışlar səsləndirdiyini və bu səbəbdən həbs edildiyini deyir.

Rəsmi qurumlar başqa səbəbləri əsas gətirərək onlara qarşı iki ittiham irəli sürüblər. Gənc fəallar İran İslam Respublikasının əleyhinə təbliğat aparmaqda və daxili təhlükəsizliyi pozmaq məqsədilə birləşməkdə ittiham olunurlar.

İranda yaşayan milyonlarla Azərbaycan türkü ana dilində təhsil ala bilmir. Bu tələblə çıxış edənlərin həbsi və ya sürgün edilməsi barədə vaxtaşırı məlumatlar yayılır.

Bugünlərdə milli fəallardan Abbas Lisani də 8 il azadlıqdan məhrum edilib və üstəlik, haqqında 2 illik sürgün qərarı çıxarılıb.

XS
SM
MD
LG