Keçid linkləri

2024, 16 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 23:05

Nümayəndələr palatası Trump-ı pisləyən qətnamə qəbul edib


ABŞ Nümayəndələr palatasının üzvləri, Ayanna Pressley , Ilhan Abdullahi Omar , Rashida Tlaib, və Alexandria Ocasio-Cortez
ABŞ Nümayəndələr palatasının üzvləri, Ayanna Pressley , Ilhan Abdullahi Omar , Rashida Tlaib, və Alexandria Ocasio-Cortez

ABŞ Konqresinin Nümayəndələr palatası prezident Donald Trump-ın Tvitterdəki bir sıra bəyanatlarını pisləyən qətnamə qəbul edib.

Konqresmenlər bunu irqçilik hesab edirlər.

Qeyd edək ki, Donald Trump iyulun 14-də özünün Tvitter səhifəsində Konqresin bir neçə qadın üzvünü, ABŞ administrasiyasına necə işləməyi göstərməkdənsə, əslən olduqları, gəldikləri ölkələrdə korrupsiya ilə mübarizə aparmağı məsləhət görüb.

Amma məsələ burasındadır ki, bu qadın deputatlardan 3-ü ABŞ-da doğulub

Nümayəndələr palatasında keçirilən səsvermədə demokratlara 4 respublikaçı və 1 müstəqil deputat da qoşulub.

Qeyd edək ki, demokratlar palatada çoxluq təşkil edirlər.

Qanuna əsasən indi qətnamə Konqresin yuxarı palatası Senatda da səsə qoyulmalıdır.

Senatda isə Donald Trump-ın təmsil olunduğu Respublikaçılar partiyası çoxluq təşkil etdiyindən onun keçməyəcəyi gözlənir.

XS
SM
MD
LG