Keçid linkləri

2024, 16 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 23:21

ABŞ Hörmüz boğazında tankerləri qorumaq üçün koalisiya yaradır


ABŞ Dövlət katibi Mike Pompeo
ABŞ Dövlət katibi Mike Pompeo

ABŞ Hörmüz boğazında tankerlərin sərbəst hərəkətini təmin etmək üçün beynəlxalq koalisiya yaradır.

Bunu ABŞ Dövlət katibi Mike Pompeo WFTV 9 televiziyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, bu patrul xidmətində məqsəd, regiondakı ticarət yolunu açıq saxlamaqdır.

“İstəyirik ki, onlar sadəcə bütün dünyada terrorçuluq fəaliyyətini dayandırsınlar”, Pompeo deyib.

Vaşinqton bundan əvvəl bir sıra ölkələrlə belə bir koalisiya yaradılması yönündə danışıqlar aparıldığını bəyan eləmişdi.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trump 2018-ci ildə İranla nüvə sazişindən çıxdıqdan sonra iki ölkə arasındakı münasibətlər daha da gərginləşib.

ABŞ İranı sazişin şərtlərini pozmaqda və beynəlxalq terrorçuluğu dəstəklməkdə günahlandırır.

Tehran ittihamları rəddd edir.

ABŞ sazişdən çıxdıqdan sonra İrana qarşı sanksiyaları bərpa edib və onları daha da kəskinləşdirib.

İransa buna cavab olaraq nüvə fəaliyyətini-uran zənginləşdirilməsi üzərində işi bərpa edib.

ABŞ dəfələrlə bəyan edib ki, bu yaxınlarda Oman və Fars körfəzlərində neft tankerlərinə edilmiş hücumların arxasında birbaşa İran durur.

Tehran ittihamları rədd edir.

XS
SM
MD
LG