Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 07:59

Xüsusi prokuror Mueller Trump-ı təmizə çıxarmadığını deyir


Xüsusi prokuror Robert Mueller
Xüsusi prokuror Robert Mueller

Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsini araşdıran Robert Mueller Konqresə bir daha bildirib ki, onun təhqiqatı prezident Donald Trump-ı cinayətlərdən təmizə çıxarmır.

Keçmiş xüsusi prokuror Mueller deyib ki, Donald Trump prezident ofisini tərk edən kimi ona qarşı ədalətin qarşısının alınması ilə bağlı ittiham irəli sürülə bilər.

Mueller demokrat millət vəkillərinin Trump-ın tamamilə təmizə çıxarılıb-çıxarılmaması barədə suallarına cavab verərkən Konqresin Ədliyyə Komitəsinə bildirib ki, “yox, prezidentə tamamilə bəraət verilməyib”.

Prezident Donald Trump bundan əvvəl yazdığı tvitlərdə dəfələrlə özünün tamamilə təmizə çıxarıldığını iddia edib.

İndi isə keçmiş xüsusi prokuor Robert Mueller deyib ki, Trump prezident postunu tərk etdiyi andan təhqiqata maneçilik törətməsi ilə bağlı məsuliyyətə cəlb oluna bilər.

Bundan üç ay əvvəl Mueller iki ildən çox davam edən təhqiqatının nəticələrinə dair hesabat vermişdi.

Mueller-ə Konqresinn Ədliyyə Komittəsinə ifadə verməsi üçün bildiriş göndərilmişdi. Bundan əlavə o habelə Konqresin Kəşfiyyat Komitəsi qarşısında ifadə verməlidir.

Təhlilçilər bildirirlər ki, Mueller-in bəyanatları heç şübhəsiz Trump-ın tərəfdar və əleydharları arasında qızğın mübahisələrə səbəb olacaq.

Dinləmə zamanı Trump-ın partiyadaşı olan konqresmen John Ratcliffe Mueller-ə deyib ki, indiyədək günahı tam sübut olunmamış şəxsin tam təmizə çıxarılmadığı hal olmayıb.

Trump və onun bir çox respublikaçı tərəfdarları dəfələrlə xüsusi prokuror Robert Mueller-in təhqiqatını “əcinnə ovu” adlandırıblar.

Trump ümumilikdə Mueller-in hesabatını razılıqla qarşılayıb və bildirib ki, bu hesabat onun Rusiya rəsmiləri ilə sövdələşməyə girdiyinə dair iddiaları sübut etmir.

Buna baxmayaraq Muellerr-in 448 səhifəlik hesabatında qeyd olunur ki, Trump onun araşdırmasına mane olmağa çalışıb.

Mueller-in təhqiqatının hesabatında deyilirdi ki, Trump və onun komandasının cinayət törətməsinə dair kifayət qədər dəlillər yoxdur, amma eyni zamanda Trump-ı təmizə çıxarmaq da mümkün deyil.

Mueller-in hesabatı açıqlanmazdan əvvəl baş prokuror William Barr bu hesabtın 4 səhifəlik icmalını elan etmişdi.

Mueller bildirmişdi ki, bu icmal onun təhqiqatını tam əks etdirmir.

XS
SM
MD
LG