Ermənistan Qarabağa yeni-3-cü yol çəkmək fikrindədir.
Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iyulun 23-də AzadlıqRadiosunun erməni xidmətinə müsahibəsində deyib. O qeyd edib ki, bu məqsədlə bu yaxınlarda Xankəndinə gedib, yeni yol da daxil olmaqla strateji infrastruktur layihələrini müzakirə ediblər.
Qriqoyanın sözlərinə görə artıq 2020-ci ildə150 kilometrədək yeni yolun çəkilişinə başlamaq planlaşdırılır. Plana əsasən, bu yol Ermənistanın Qafan rayonu ilə Azərbaycanın Xocavənd rayonunu birləşdirməlidir.
Qeyd edək ki, Hazırda Ermənistanla Qarabağı Azərbaycanın Kəlbəcər və Laçın rayonlarından keçən iki yol birləşdirir.
Bu məlumatı, Qarabağdakı separatçı rejimin sözçüsü David Babayan da təsdiqləyib deyib ki, əgər 2020-ci ildə çəkilişə başlasalar, yol 2-3 ilə hazır ola bilər.
Ermənistanın ərazi-idarəetmə və infrastruktur nazirliyi isə bildirib ki, bu layihə hələ ki, ideya şəklindədir və əlavə məlumat verə bilmirlər.
Ermənistanın müdafiə nazirliyinin sözçüsü Artsurun Ovannisyan deyir ki, hazırda mövcud olan Qafan-Qarabağ yolu çox pis vəziyyətdə olduğundan nazirlik ondan yalnız hərbi məqsədlər üçün istifadə edir.
Ermənistanlı politoloq Akov Badalyansa deyir ki, yeni yol İranla əlaqə, həmçinin həmin ərazidə əhalinin yerləşdirilməsi baxımından da çox vacib layihədir.