Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 20:21

Suriyada hava zərbələrindən yüzlərlə dinc sakin həlak olub


İdlib qəzasında dağıdılmış şəhərlərdən birində
İdlib qəzasında dağıdılmış şəhərlərdən birində

BMT-nin məlumatına görə son üç ay ərzində Suriyanın İdlib qəzasında hökumət hərbi aviasiyasının zərbələrindən 500-dək dinc sakin həlak olub.

Suriya insan haqları təşkilatının verdiyi xəbərə görə ölənlərin sayı 781 nəfərdir. Onlardan 140-nın qadın, 208-nin uşaqlar olduğu bildirilir.

BBC xəbər verir ki, BMT baş katibinin humanitar məsələlər üzrə müavini Mark Lowcock Təhlükəsizlik Şurasında etdiyi çıxışda İdlibdə baş verənləri “sallaqxana” adlandırıb və Suriya və Rusiyanı “yandırılmış torpaq” siyasətindən istifadədə ittiham edib.

Lakin Rusiyanın BMT-dəki daimi nümayəndəsi bu ittihamları rədd edərək deyib ki, iddialar yoxlanmamış məlumatlara əsaslanır.

Suriya hökuməti və Rusiya İdlibdə keçirdikləri hərbi əməliyyatları terrorizmlə mübarizə kimi təqdim edirlər.

İdlib Suriyada prezident Assadın hakimiyyətinə qarşı üsyan edənlərin nəzarətində olan son ərazidir.

Bu əraziyə əsasən radikal cihadçılar nəzarət edirlər.

ABŞ hərbiyyəsi bildirir ki, İdlibdə 20 mindən 30 minədək silahlı islamçı ola bilər.

Onların böyük əksəriyyəti Suriyaya başqa ölkələrdən gələnlərdir.

XS
SM
MD
LG