Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:58

Navalny-nin antikorrupsiya fondunun üzvlərinin ofisləri axtarılıb


Aleksei Navalny (solda) növbəti həbsdən sonra
Aleksei Navalny (solda) növbəti həbsdən sonra

Rusiyada antikorrupsiya fəalı və Kremlin tənqidçisi Aleksei Navalny-nin rəhbəri olduğu QHT-nin üç əməkdaşının ofislərində polis reyd keçirib. Məlumatı Rusiyanın “Etiraz Üzrxahlığı” insan haqları təşkilatı yayıb.

Maskalı polis avqustun 8-də səhər Aleksandr Pomazuev, Evgeny ZamyatinVyacheslav Gimadi-nin ofislərini axtarıb. Bu ofislər elə Navalny-nin Anti-Korrupsiya Fondunun Moskvadakı binasında yerləşir. Polis xeyli sənəd aparıb. Axtarışın çirkli pulyuma istintaqı çərçivəsində aparıldığı bildirilir.

Navalny-nin fondu Rusiya rəsmilərinin yığdığı sərvəti ifşa etməyə çalışır. “Etiraz Üzrxahlığı” təşkilatının bildirməsinə görə, reydlər fondun idarə etdiyi iddia olunan çirkli pulyuma sxemi ilə əlaqədar həyata keçirilib.

1 milyard rublluq iddia

“Etiraz Üzrxahlığı” nümayişlərdə iştirakdan dolayı dövlətin təzyiqilə üzləşənlərə hüquqi yardım göstərir.

Avqustun 3-də Rusiya İstintaq Komitəsi Anti-Korrupsiya Fondunun 1 milyard rubl (15,3 milyon dollar) pul yuduğunu iddia edərək cinayət işi açıb.

Komitənin bildirməsinə görə, fondun əməkdaşları “üçüncü tərəflərdən böyük məbləğdə pul alıblar, bunun qanunsuz əldə edildiyini biliblər”.

Məlumatda deyilir ki, 2016-cı ilin yanvarından 2018-ci ilin dekabrınadək fondun “əlbir olduğu şəxslər vəsaitlərə qanuni don geyindiriblər”, onu bank hesablarına, daha sonra Anti-korrupsiya Fondunun hesablarına köçürüblər.

Bu istintaq Navalny-nin müttəfiqləri və tərəfdarlarının təşkil etdiyi etirazlardan sonra başladılıb. Etirazlar Moskva Dumasına seçkilərə müxalifət namizədlərin qeydiyyata alınmamasına qarşı keçirilib. İyulun 27-də keçirilən yürüşdə 1400-dək, 3 avqust yürüşündə isə yüzlərlə adam saxlanıb.

Kremlin açıq tənqidçisi olan Navalny hazırda ictimai toplantı qaydalarına pozmaq ittihamıyla 30 günlük həbs cəzası çəkir.

XS
SM
MD
LG